reklam
USD
9 ℃
EUR
BAKI

Prezident İlham Əliyev “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib VİDEO

CANLI TV / 01.07.2021 09:52

Prezident İlham Əliyev "Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib VİDEO


Paytaxtımızda "Courtyard by Marriott Baku” otelinin açılışı olub.

"carciTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, "Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür otellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.

Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.


Oxunub: 368






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim