reklam
USD
6 ℃
EUR
BAKI

İsraildə azərbaycanlı alimin kitabının rus dilində təqdimatı olub

XƏBƏR / 04.07.2021 01:04
İsraildə azərbaycanlı alimin kitabının rus dilində təqdimatı olub


"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı alim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının rus dilinə tərcümə olunmuş "Generalın sirli taleyi" kitabının təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, "Azİz" kitabın rus dilində nəşrini Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsinə, ölkəmizin ərazi bütövlüyünün bərqərar olmasına və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cü ildönümünə həsr edib. Kitabda 1939–1945-ci illərdə Bakı şəhərinin hava hücumundan müdafiə qoşununun komandanı, bu il anadan olmasının 120 ili tamam olan general-mayor Məmmədbağır Bağırovun həyat və fəaliyyətindən, həmçinin İkinci Dünya müharibəsi zamanı SSRİ-nin qələbəsində Azərbaycan paytaxtının rolundan bəhs edilib.

Qeyd edilib ki, İkinci Dünya müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Əsərdə, həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdidinə dair tarixi faktların təhlili təqdim olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman şəxsi materialları təqdim etdikləri üçün generalın nəvələri – professor Minaxanım Əsədli və professor Vüsal Bağırzadəyə, kitabın nəşr olunmasında dəstəklərinə görə isə "Azİz" assosiasiyasına və "Sholumi" mərkəzinin rəhbəri, "Azİz"in direktorlar şurasının üzvü Şaul Siman-Tova minnətdarlığını bildirib.

Qeyd edək ki, general-mayor Məmmədbağır Bağırovun nəticələrindən biri Fransada yaşayan tanınmış pianoçu Etibar Əsədlidir.


Oxunub: 370






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim