reklam
USD
14 ℃
EUR
BAKI

Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa olunub

XƏBƏR / 04.07.2021 01:28
Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa olunub


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı haqq savaşı əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir çox dinc şəhər və rayonları raket atəşinə tutularaq insanlıq əleyhinə cinayətlər törədilib ki, bu cinayətlər nəticəsində günahsız vətəndaşlarımız vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura ciddi zərər vurulub.

"carciTV" xəbər verir ki, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlətimizin başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyəti nəticəsində qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb və bu çərçivədə 11 şəhər, eyni zamanda rayon ərazisində bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu ərazilərimizdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumlarına qarşı qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.

Tərtər rayonu ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları, eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu–Küçərli avtomobil yolunun təmiri həyata keçiriləcək.

Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb.

Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bütün işlər mövcud "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti ilə aparılıb.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Oxunub: 293






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim