FHN: Xəzərdə vulkan partlayışı heç bir yatağa təhlükə törətməyib
CANLI TV / 06.07.2021 01:59
Xəzərdə partlayış: "Palçıq vulkanı səkkiz dəqiqə ərzində püskürüb"
Paylaşımın sonu YouTube, 1
Xəzərdəki Daşlı adada palçıq vulkanı səkkiz dəqiqə ərzində püskürüb, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub. O qeyd edib ki, Daşlı adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb.
Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fövqəladə Hallar Nazirliyi bazar günü Xəzər dənizində baş verən partlayışın səbəbinin "palçıq vulkanı" olduğunu bildiriblər.

ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY/GETTY IMAGES
Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub, SOCAR-ın məlumatında deyilir.
"Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır,"- qurum bildirir.
Bundan əlavə qurum "neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxmasının müşahidə olunduğunu" qeyd edib.
Qurum bildirir ki, baş vermis partlayışa görə SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.
Xəzərdə qazılmış kəşfiyyat quyularının ağzının açıq olması barədə "məlumatlar tamamilə əsassızdır".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.
"Qazılmış kəşfiyyat quyularının hamısının ağzı bağlıdır. Həmin quyulara daimi olaraq nəzarət edilir. ", - cənab İbadov bildirib.
Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisə baş verməyib.
FHN də Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adada, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktını aşkar etdiyini bildirib.
"Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur", qurum bildirir.
FHN vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi olmadığını qeyd edir.

ŞƏKLİN MƏNBƏYİ,GAVRIIL GRIGOROV/GETTY IMAGES
Vulkan ehtimalı
Bazar günü baş vermiş partlayışın səbəbi ilə bağlı məlumat verilməmişdi və partlayışın neft yataqlarının birində baş verdiyi, yoxsa vulkan püskürməsi olduğu hələ də aydın deyildi.
Amma Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov BBC News Azərbaycancaya deyib ki, yanğının dənizdə neft-qaz yataqlarına hər hansı təhlükəsi yoxdur. Onun sözlərinə görə, yanğın baş verən yerin yaxınlığında hər hansı neft-qaz platforması yoxdur.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə onlara məlumat daxil olmayıb.
"Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır,"- qurum bildirib.
Bazar günü AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzərdəki hadisənin palçıq vulkanının əlaməti olduğunu deyib.
APA yazır ki, Qurban Yetirmişli Xəzərdə çoxlu palçıq vulkanı olduğunu deyib: "Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxlu palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də - 20, 30 saniyəyə sönüb".
Qurumun informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib ki, baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri də partlayışın mənbəyini araşdırırlar.

ŞƏKLİN MƏNBƏYİ,APA
Köhnə kəşfiyyat quyusunda qəza iddiası
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı BBC News Azərbaycancaya deyib ki, hadisədən məlumatlı olan mütəxəssislərin ona verdiyi məlumata görə, partlayış Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusunda baş verib.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib ki, hazırda partlayışın mənbəyi araşdırılır: "Mirvari xanım bu məlumatı hardan götürüb, bilmirəm, amma hələ araşdırılır ki, nə baş verib".
Gəmilər salamatdır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev sosial media hesabında yazıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib.
Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə olması da iddia olunub.
"SOCAR-ın heç bir sənaye obyektində qəza baş verməyib"
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, onların istismar etdiyi yataqların heç birində qəza baş verməyib.
Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib ki, sosial mediada yayılan görüntülərdən xəbərdardılar və hazırda nə baş verdiyi araşdırılır: "Sizə yalnız onu deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin istismar etdiyi yataqların, sənaye obyektlərinin heç birində qəza baş verməyib".
Nə baş verib?
Bazar günü axşam saatlarında sosial mediada Xəzərin Azərbaycana aid olan sektorundakı neft platformalarının birində partlayış baş verdiyi xəbərləri yayıldı.
Alovu Bakıdakı sahildən görmək olar. BBC News Azərbaycanca müxbiri göy üzünün qəfildən dəniz tərəfdə qırmızı rəngə büründüyünü müşahidə edib.
Turan informasiya agentliyi yazıb ki, qeyri-rəsmi məlumata görə, partlayış Ümid yatağında, ya da Qum Adasında baş verib.
Hər iki sahə Bakıdan bir neçə on kilometr məsafə uzaqlıqdadır.
Oxunub: 443
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim