reklam
USD
17 ℃
EUR
BAKI

Erməni terror təşkilatının üzvü müharibədən sonra Bakıya necə gəlib?

CANLI TV / 08.07.2021 02:27
Erməni terror təşkilatının üzvü müharibədən sonra Bakıya necə gəlib?
 - Zəfər parkında gəzirmiş...


Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"carciTV" xəbər verir ki, prosesdə şahid qismində Arif Osmanov ifadə verib. O, İfadəsində "Zəfər parkı"ərazisində gəzərkən Dubakovun saxlanılmasının şahidi olduğunu, üzərinə baxış keçirildiyini deyib.

"Tərcüməçi çağırdılar. Üzərinə və çantasına baxış keçirildi. Çantasından erməni və rus dilində yazılar, iki ədəd bloknot, telefon aşkarlandı",-şahid deyib.

Daha sonra prosesdə sənədlərin araşdırılması mərhələsi başlanılıb. Sənədlərdə qeyd olunub ki, E.Dubakov dəfələrlə Rusiyadan Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, "VOMA" terror təşkilatının üzvü olub, 2019-cu ildən işğal altındakı torpaqlarda hərbi təlimlərdə iştirak edib. Təşkilatın rəhbəri Vladimr Vartanovla tanışlığı yaranıb.

Sənədlərdə həmçinin qeyd edilib ki, E.Dubakovun telefonuna baxış keçirilən zaman "artsaxski" adlı istifadəçi ilə yazışmaları da aşkarlanıb. Prosesdə E.Dubakovun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ilin sentyabr- oktyabr aylarında sosial şəbəkələrdə "VOMA" təşkilatının videoçarxını izləyib.

Dubakovun ifadəsindən: "Təşkilatın hərbi təlimlər keçirdiyini görüb maraqlandım. Onların məqsədi Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq ata tərəfindən erməni olduğumu heç vaxt unutmamışam. Həmin videoya baxdıqdan sonra ermənilərə kömək etmək istədim. Ona görə də, "VOMA" təşkilatına sorğular yazdım. Onlarla əməkdaşlıq etmək qərarına gəldim. İnternet üzərində təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum.Təşkilatda məndən başqa digər ölkələrdən təlimlərdə iştirak etməyə gələnlər vardı. Təlimlərin məqsədi Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək olub. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Təlimdən sonra bizi Laçın dəhlizindən Şuşaya, Xankəndinə və digər ərazilərə apardılar. Orada döyüş olacağı təqdirdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərə gedib təlimlərdə iştirak etmişəm. 2021-ci ilin yanvarın 14-də Azərbaycana gəlmişəm".

E.Dubakov istintaqa verdiyi ifadəsindən imtina edib. Məhkəmə prosesi iyulun 14-də davam edəcək. İttihama görə, Eduard Dubakov Azərbaycanın işğal altında olmuş torpaqlarına qanunsuz səfər edərək hərbi təlimlərə qatılıb. Dəfələrlə Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. Sonuncu dəfə bu il yanvarın 1-də terror-təxribat əməlləri törətmək məqsədilə Bakıya gəlib. Həmin gün E.Dubakov hüquq- mühafizə orqanları tərəfindən paytaxtın dənizkənarı bulvar ərazisində saxlanılıb.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində Dubakov özünü Rusiya və Azərbaycan xüsusi xidmət orqanlarının agenti kimi təqdim etmişdi. Ümumiyyətlə, onun müharibədən sonra Bakıya necə gəlib çıxdığı da qaranlıq qalır.


Oxunub: 280






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim