reklam
USD
8 ℃
EUR
BAKI

Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi

MÜSAHİBƏ / 10.07.2021 01:17
Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi

Səttar Möhbalıyev,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri 


Bu il ilk dəfədir ki, 26 İyun – Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyədə qeyd etdik. Ötən il Silahlı Qüvvələrimiz 30 il düşmən tapdağında qalan torpaqlarımızı böyük rəşadətlə azad etdi və üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Beləliklə, Ordumuzun bu Qələbəsi Silahlı Qüvvələr Gününü daha da əzəmətli etdi və şərəfləndirdi. Dövlətin əsas atributu kimi Silahlı Qüvvələrimizin cəmiyyətdə rolu və nüfuzu daha da artdı.
Yarandığı vaxtdan – 1918-ci ilin iyunun 26-dan bu günədək Azərbaycan Ordusu müdafiə missiyası yerinə yetirib. Heç vaxt təcavüzkar addım atmayıb. 1918-ci il mayın 28-də qəbul olunan Azərbaycanın İstiqlal Bəyannaməsində göstərilirdi: "Xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək məqsədilə silahlı qüvvələr yaradılır”. Həmçinin 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkənin təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələrin yaradılması öz əksini tapıb. Keçdiyi tarixi yola nəzər salanda görünür ki, Azərbaycan Ordusu işğala, xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizə aparıb, dövlət suverenliyinin qorunmasına xidmət edib. 1918-ci ildə Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməsi, Birinci və İkinci Qarabağ müharibələri bunun bariz nümunələridir.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında durur və bu asan başa gəlməyib - Ümummilli Liderin apardığı ardıcıl siyasətin nəticəsidir. 1971-ci ilin iyununda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xatırlamaq yerinə düşər. O dövrdə hərbi təyinatlı məktəbin yaradılması o qədər də asan deyildi. Bu təşəbbüs rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə səbəb oldu, lakin bütün bu maneələrə baxmayaraq, Azərbaycanın həmişə gələcəyini düşünən, bu yolda heç nədən çəkinməyən ulu öndər Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində məktəbin yaradılmasına nail olundu. Bununla da hərbçi peşəsinin nüfuzu artmağa başladı, peşəkar hərbçilərimizin sayı çoxaldı. O vaxt bu məktəbi bitirən yüzlərlə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, SSRİ-nin ali hərbi təhsil ocaqlarında hərbçi peşəsinə sahib oldu. Müstəqillik əldə etdikdən sonra isə biz bu məktəbin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk etdik. Ordu quruculuğu sahəsində məhz həmin məktəbin məzunları mühüm rol oynayıblar.
Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdı. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin Ulu Öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonları adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv olundu, hərbi hissələr təşkil edildi, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu Öndər şəxsən cəbhə bölgələrinə getdi, hərbçilərimizi düşmənə qarşı döyüşə ruhlandırdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatı keçirildi və qələbələrimizin əsası qoyuldu.
Azərbaycan Ordusunun uğurları sırasında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda həyata keçirilən əməliyyatlar xüsusi əhəmiyyət daşıyır və düşmənə endirilən sarsıdıcı zərbələr bu əməliyyatların Azərbaycan xalqının hərbi məğlubiyyətlə barışmayacağının göstəricisidir. Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altındakı torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Bundan başqa, bölgənin və regionun siyasi mənzərəsi dəyişdi, siyasi-iqtisadi reallıqlar yarandı, yeni infrastruktur layihələri ortaya çıxdı. Görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün region üçün xilaskarlıq missiyasını icra edib və bölgənin yeni inkişaf strategiyasının əsasını qoyub. Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Zəngəzur dəhlizinin açılması Naxçıvanla respublikamızın əsas ərazisini birləşdirəcək, həmçinin oradan keçəcək nəqliyyat xətləri bölgə ilə yanaşı, regionun da inkişafına böyük töhfə verəcək. Beləliklə, Azərbaycanın apardığı bərpa-quruculuq işləri, həyata keçirdiyi iri layihələr bölgənin inkişafına gətirib çıxaracaq, oraya qayıdacaq sakinlərin rahat və xoşbəxt yaşaması üçün əlverişli olacaq.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin əhəmiyyəti getdikcə artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşa şəhərində imzaladıqları tarixi Bəyannamə bölgədə yeni yaranmış reallıqların əyani təzahürüdür, iki qardaş ölkənin bütün sahələrdə münasibətlərinin bundan sonra da sürətli inkişafına təkan verəcək. Bəyannamənin işğaldan azad olunmuş Şuşa şəhərində imzalanması bölgənin Azərbaycanla yanaşı, region ölkələri üçün də əhəmiyyətindən xəbər verir və gələcək inkişaf üçün yeni imkanlar açır.


Oxunub: 369






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim