reklam
USD
6 ℃
EUR
BAKI

AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir

XƏBƏR / 10.07.2021 02:03
AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 24-də ölkə üzrə 413 ictimai iaşə obyektində 732 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: Bakı şəhəri, Sabunçu ‎rayonu, Zabrat dairəsində yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus "Təndir kabab” restoranı; Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə və Şirin Mirzəyev küç. birləşməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus "Nanə pub” kafesi; Bakı şəhəri, Nərimanov ‎ rayonu, Ə.Rəcəbli 1, ev 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Hikmət Mahmud oğluna məxsus "Yeni Dad Ailəvi” restoranı; Bakı şəhəri, Nərimanov ‎ rayonu, Fətəli Xan Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elnur Məhəmməd oğluna məxsus "Mallı” restoranı; Bakı şəhəri, Nəsimi ‎ rayonu, Hüseyn Seyidzadə 1, m 1 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Elçin Rəhman oğluna məxsus kafe; Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanlı Bəhruz Dilavər oğluna məxsus kafe; Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs İsmayılov Elman Bəylər oğluna məxsus kafe; Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədova Kəmalə Həmzə qızına məxsus kafe; Quba rayonu, Küsnətqazma kəndində yerləşən, fiziki şəxs Xamoyev Faiq Ziyadxan oğluna məxsus "Quba Vadi Chalet” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Oxunub: 340






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim