reklam
USD
3 ℃
EUR
BAKI

Prezident 10 ildir sərəncam verib, amma heykəl yoxdur – SƏBƏB İSƏ BƏLLİ DEYİL

CANLI TV / 13.07.2021 01:43
Prezident 10 ildir sərəncam verib, amma heykəl yoxdur – SƏBƏB İSƏ BƏLLİ DEYİL


Tam 10 il əvvəl Prezident İlham Əliyev Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında sərəncam imzalayıb. Lakin "Yeni Günəşli” yaşayış sahəsi ilə Babək prospektinin kəsişməsində qoyulması planlaşdırılan Babəkin heykəlinin işləri hələ də tamamlanmayıb.

"carciTV" xəbər verir ki, heykəlin yarımçıq qalma səbəbi zaman-zaman gündəmə gətirilsə də, məsələ öz həllini tapmaq bilmir. 

Heykəl ötən ilin mart ayında hazır olacaqdı, amma bu proses uzandıqca uzanır. Hər dəfə də müxtəlif səbəblər gətirilir: gah iddia olunur ki, sifarişçisinin SOCAR olduğu heykəlin hazırlanmasına yetərli vəsait ayrılmır, gah da pandemiya ilə əlaqədar işlərin dayandırıldığı bildirilir. Başıbəlalı heykəlin təxminən 40 faizinin hazır olduğu da qeyd olunur.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, Babəkin heykəlinin postamenti qoyulsa da, hələ də ucaldılmamasının səbəbi bir neçə təklifin hazırlanmasıdır:

"Sözügedən heykəllə bağlı Nizami rayon İcra Hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər. Hazırda təklifləri hazırlayırlar. Heykəlin hazırlanması üçün Komissiya yaradılır. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”.

Xatırladaq ki, heykəl hazır olanda Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq. Heykəlin üzü şəhərə tərəf dayanacaq və ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olmalıdır.


Oxunub: 390






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim