reklam
USD
12 ℃
EUR
BAKI

ŞANLI QƏLƏBƏMİZƏ GEDƏN YOL TOVUZ DÖYÜŞLƏRİNDƏN KEÇDİ

REPORTAJ / 18.07.2021 00:38

ŞANLI QƏLƏBƏMİZƏ GEDƏN YOL TOVUZ DÖYÜŞLƏRİNDƏN KEÇDİ



Tarix boyu ermənilər Azərbaycana torpaq iddiaları irəli sürmüş, bu yolda ən iyrənc əməllərə əl atmışlar. Təəssüflər olsun ki, özlərinin havadarlarının köməkliyi ilə keçən əsrlərdə buna qismən nail olmuşlar, əzəli Azərbaycan torpaqlarında özlərinə "vətən” qurmuşlar. Lakin mənfur ermənilər bununla kifayətlənməyərək 20-ci əsrin 80-ci illərin sonlarında yenidən bu iddiaları irəli sürərək müqəddəs Qarabağ torpaqlarının işğalına nail oldular. Sözssüz ki, yenə də əzəli havadarlarının dəstəyi ilə. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə yüksək kürsülərdən torpaqların sülh yolu ilə azad edilməsi təklifini irəli sürsələr də quduzlaşmış ermənilər buna heç bir müsbət reaksiya verməmişlər.
Beynəlxalq təşkilatlar da nədənsə öz işlərini susmaqla bitmiş hesab edirdilər. Beynəlxalq təşkilatların etinasızlığına arxalanan ermənilər o qədər azğınlaşdılar ki, hətta 12 iyul 2020-ci il tarixdə günorta saatlarından başlayaraq Qarabağdan uzaqda yerləşən, cəbhə bölgəsi ilə heç bir əlaqəsi olmayan Tovuz rayonunun ərazisində Azərbaycanın dövlət sərhədlərini pozmağa cəhd etdilər. Bütün xəbərdarlıqlara baxmayaraq düşmən təxribata davam edirdi. Ermənilər dinc əhalini, kəndləri iriçaplı silahlardan atəşə tuturdu. Bu zaman ATƏT-in Minsk qrupunun həmsədrləri məlumatlandırılırdılar, ancaq onlar 30 il olduğu kimi, yenə də qərəzli mövqedə susqunluq nümayiş etdirdilər. Lakin ermənilər, eləcə də havadarları gözlədiklərinin tam əksi ilə üzləşdilər. Elə həmin hadisələr göstərdi ki, qüdrətli Azərbaycan Ordusu nəyə qadirdir. Xalq bir nəfər kimi səfərbər olmaq üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Eyni zamanda düşmən gördü ki, Azərbaycan generalları və digər yüksək rütbəli zabitləri əsgərlərlə birlikdə müharibənin ən qaynar nöqtəsində oldular. Düşmən hiss etdikdə ki, artıq məğlub olur, KTMT-yə üz tutdu. Lakin oradan da heç bir reaksiya verilmədi. Azğınlaşmış düşmən Tovuzun kəndlərini fasiləsiz olaraq daha intensiv atəşə tutdu. Rəşadətli Azərbaycan Ordusu düşmənin bütün hücumlarının qarşısını alır və düşmənə layiqli cavab verirdilər. Şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və başqa əsgər və zabitlərimiz qəhrəmancasına şəhid oldular. Düşmən öz istəyinə nail olmadı. Tovuz hadisələrində 11 igidimiz şəhidlik zirvəsinə ucaldı. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərin adları ölümündən sonra əbədiləşdirildi. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldülər. Tovuz hadisələri, generalımızın şəhidlik zirvəsinə qüksəlməsi artıq Azərbaycan xalqının səbr kasasını daşırdı, hər kəs düşməndən şəhidlərimizin intiqamını almaq, işğal altında olan torpaqlarımızı azad etmək, düşmənə layiqli cavab vermək üçün döyüşə getməyə hazır idi. İntiqam hissi ilə alovlanan vətəndaşlarımız Bakıda, Tovuzda və gigər bölgələrdə ordumuza dəstək aksiyalarına axışdılar. Xalq bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşdi. Döyüşlər gedən ərəfədə şəhidlərimizin dəfn mərasiminə minlərlə insan qatılmışdı. Azərbaycan xalqının Vətən eşqi, ölkəmizdə qısa müddətdə ən müasir standartlara cavab verən güclü ordunun qurulması düşməni vahiməyə salmışdı. Düşmən 2016-cı il Aprel döyüşləri zamanı artıq Azərbaycan Ordusunun gücünü hiss etmişdi və bildi ki, gec-tez ordumuz əkshücum əməliyyatı həyata keçirərək işğal və təcavüzə son qoyacaq. Tovuz məğlubiyyətini həzm edə bilməyən azğın düşmən növbəti qəsbkar hücumunu cəbhə xətti boyunca həyata keçirmək istəyərkən 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücuma keçərək "Dəmir Yumruq” əməliyyatına start verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz cəmi 44 günə işğal altındakı müqəddəs torpaqları işğaldan azad etdi.
Ermənilərin 30 il ərzində qurduğu keçilməz qala saydıqları istehkamlar darmadağın edildi. Ermənistanın baş naziri Nikol Paşinyan biyabırçı kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Prezidentimiz müsahibələrinin birində qürurla bildirdi ki, biz artıq Polad Həşimovun və digər Şəhidlərimizin qisanı aldıq, onların qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüş meydanında Tarixi Zəfərə imza atdı, eyni zamanda dövlət başçımız siyasi meydanda da erməniləri və onların havadarlarını birdəfəlik susdurdu.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan!

Rahib KƏRİMLİ




Oxunub: 322






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim