reklam
USD
6 ℃
EUR
BAKI

ETNİK QRUPUN NÜMAYƏNDƏSİNİN AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ ŞİKAYƏT MƏKTUBU

XƏBƏR / 17.07.2021 11:55
"CarciTV” İnternet Televiziyasına daxil olmuş zənglərə əsasən, saytımızın əməkdaşları şikayətlə bağlı Zaqatala sakini Orucova Şamsu Məhəmməd qızı ilə görüşüb, ondan müsahibə aldılar. Çəkilişdə ATATV.az saytının rəhbəri Rasafil Bayramov və TURAZTV.AZ saytının rəhbəri Cəmil Dadaşov da iştirak etdilər.
1952-ci il təvəllüdlü, etnik xalqın nümayəndəsi, milliyyətcə avar, Azərbaycan Respublikası vətəndaşının şikayəti Zaqatala Rayon Xəstəxanasının direktoru Məcid Əliyevlə bağlı idi. Zərərçəkmişin dediyinə görə, xəstəxananın direktoru M. Əliyev ona qarşı kobud, qeyri-insani davranışlar etmiş, daha sonra Zaqatala Rayon Məhkəməsində ona təzminat davası açdırmış, üzərinə polis nəzarəti qoydurmuşdur. Məsələnin kökündə nə dayanır, bilmirik. Amma yaşlı qadına qarşı hər hansı bir səlahiyyət sahiblərinin və ya güc strukturlarının özbaşınalığı insanlığa sığmayan hərəkətlərdir.
Şamsu xanımın söhbətindən bizə məlum oldu ki, o, illər öncə ağır yol qəzası keçirmiş, baş və ayaq nahiyələrindən ciddi xəsarətlər almışdır. Başındakı və alın nahiyəsindəki saysız-hesabsız tikiş izləri, hətta ayağının barmaq hissəsinin ambutasiya olunması qəzanın ağırlığından xəbər verir. Nə yaxşı ki, öz peşəsinin vurğunu olan gözəl həkimlərimiz var. Şamsu xanım Müşfiq adlı həkimdən çox razılıq etdi. Məhz onun sayəsində bu gün həyatda olduğunu bildirdi.
"Rayon icra nümayəndəliyi sizin problemlərinizlə maraqlanıbmı?" sualımıza müsahibimizin cavabı müsbət oldu. Belə ki, o, icra başçısı Mübariz Əhmədzadənin onun müalicəsinə maddi kömək etdiyini bildirdi.
Lakin Zaqatala Rayon Xəstəxanasının baş həkiminin ona qarşı etdiyi haqsızlıqların niyə bu vaxta kimi cəzasız qalması, özbaşınalıqlarının qarşısının alınmadığını, əlillik təqaüdlərinin rüşvətlə həll olunduğunu bildirdi.
Dövlətə, dövlətçiliyə həmişə dəstək olan bu kişi qeyrətli qadın iqtidarın tərəfində olmuş, Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın Prezidenti İlham Əliyevin siyasətini dəstəklədiyini dönə-dönə vurğulaması, hətta məhz buna görə döyülməsi və təhqir olunması ilə bağlı şikayətçinin narazılığı diqqətimizdən yayınmadı. Yaşlı qadına qarşı öz doğma Vətənində laqeyd münasibət, hüquqlarının tapdanması qüruruna toxunmuşdur. Günahkarların cəzalandırılmasını tələb edir.
Həm özü, həm də həyat yoldaşı əlil olan Şamsu xanım onu da bildirdi ki, ailəli olan qızının hər gün gəlib onlara baxması, qayğılarını çəkməsi mümkün deyil. Axı onun da öz ailə qayğıları var. Dövlətdən kömək və onlara sığınacaq verilməsini xahiş edir. Əks halda ölkə vətəndaşlığını tərk edib, Dağıstana və ya başqa bir ölkəyə gedəcəklərini və orda "Qocalar evi"nə yerləşdiriləcəklərini bildirdi.
Dövlət həmişə xalqın yanında olmuş, onun hüququnu qorumuş, təminatına çalışmışdır. Ümid edirik ki, aidiyyatı qurumlar qanunun aliliyinə söykənərək, Şamsu xanımın problemlərinin həllinə çalışacaq və haqq öz yerini tapacaq, günahkar cəzasına çatacaq. Biz yaşlı bir qadının haqq səsinin yuxarılarda eşidilməsinə vasitəçi olduq. Şamsu xanım şikayətini ictimaiyyətə və Prezidentimizə çatdırmağımızı xahiş etdi. Çəkiliş qrupumuz yaxın günlərdə Zaqatalada qarşı tərəflə də görüşüb, şikayətlə bağlı ictimaiyyətə məlumat verəcək.

"CarciTV”


Oxunub: 435






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim