reklam
USD
30 ℃
EUR
BAKI

Deputat: Azərbaycan dünya siyasətinə gətirdiyi yeniliklərlə diqqət mərkəzindədir

REPORTAJ / 04.08.2021 00:19
Deputat: Azərbaycan dünya siyasətinə gətirdiyi yeniliklərlə diqqət mərkəzindədir


Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 illik müstəqillik tarixinin vərəqlənməsini bir zərurətə çevirməklə yanaşı, belə bir həqiqəti də təsdiqlədi ki, dövlətin qətiyyəti, dəyişməz mövqeyi uğurların davamlılığında əsas faktordur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev düşünülmüş siyasəti ilə müstəqilliyimizin əbədiliyi naminə köklü islahatları davam etdirir. Bu gün müasir müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmayıb.

"carciTV" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Tarixi Zəfərimizin Azərbaycanı dünyaya qalib ölkə, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qalib Lider, Ordumuzu ən güclü, qüdrətli ordu, xalqımızı məğrur, yenilməz xalq kimi təqdim etdiyini vurğulayan M.Həsənov deyib: "Qələbəmizin memarı, Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini bildirir. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qurulan möhkəm təməl bugünkü uğurlarımızın əsasıdır. Bu gün bəhrəsini verən islahatların təməli sabitlik və inkişaf dövrü kimi xarakterizə olunan 1993-2003-cü illərdə qoyulub. Azərbaycan bu gün təkmil islahatları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qərarlaşdırır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqları sırasında yer alır. Reytinqlər gələcəyə baxış üçün stimuldur. Bu gün Azərbaycanın siyasi mənzərəsi sabitdirsə, dinamik inkişaf bütün sahələri əhatə edirsə, bu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin səylərinin, zəhmətinin bəhrəsidir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərin təcrübəsi müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Müstəqil siyasət müstəqilliyin əsas amilidir. Belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq. Azərbaycanın nümunəsi bir çox ölkələr üçün cəlbedicidir. Ölkəmiz istər müharibə şəraitində yaşadığı dövrdə, istərsə də postmüharibə mərhələsində sözünün imzası qədər böyük əhəmiyyəti olduğunu təsdiqləyib. Artıq Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq diktə edən tərəf kimi çıxış edən Azərbaycan dünya siyasətinə gətirdiyi yeniliklərlə diqqət mərkəzindədir.

"Azərbaycanın istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də iki ilə yaxındır ki, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda qəbul etdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə diqqət yetirmək kifayətdir”, - söyləyən M.Həsənov vurğulayıb ki, hazırda ölkə və dünya mətbuatında müzakirə olunan yeni əməkdaşlıq formatının - parlamentlərarası əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsinin təşəbbüskarı da ölkəmizdir. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının sonunda imzalanan Bakı Bəyannaməsi perspektivləri özündə ehtiva edir. Yeni parlament formalaşdığı vaxtdan ölkəmizin dayanıqlı inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, Zəfərin yaratdığı yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə öz töhfəsini vermək üçün səylərini artırır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin Şuşaya səfərləri və buradan ünvanladıqları mesajlar da olduqca əhəmiyyətlidir. Hazırkı dövrün əsas çağırışlarından biri Vətən müharibəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır. Dövlətimiz, xalqımız isə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə səfərbər olunub.


Oxunub: 336






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim