reklam
USD
3 ℃
EUR
BAKI

Deputat: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər

MÜSAHİBƏ / 04.08.2021 00:24
Deputat: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər


Azərbaycanda hüquqi dövlət var və bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Deputat Eldəniz Səlimovla bağlı baş verən hadisə və törədilən əmələ görə hüququn dərhal tətbiq edilməsi də bunun bariz nümunəsidir.

"carciTV" xəbər verir ki, bunu müsahibəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Azərbaycan Konstitusiyasına görə deputatların toxunulmazlığı var. Lakin bu o demək deyil ki, kiməsə münasibətdə cəzasızlıq ola bilər: "Sadəcə, bu zaman hüququn tətbiqi ilə bağlı müvafiq proseduralar var ki, onların işə düşməsi törədilən əmələ görə hüququn tətbiqinin önünü açır. Avqustun 2-də Milli Məclisin İntizam komissiyasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının müzakirə olunaraq parlamentin plenar iclasına rəy verilməsi də əslində, bunu göstərir. Bu gün isə Milli Məclis Baş prokurorun təqdimatını əsaslı hesab edərək deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verdi. Bu isə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qanuni əsas yaratmış oldu”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycanda heç kəs qanundan yüksək deyil. Tam əksinə qanun hamıya şamil edilən ümumi məcburi davranış qaydasıdır. Əslində, biz qanunun digər hallarda da uğurla tətbiq edildiyinə şahidlik edirik: "Korrupsiyaya qarşı mübarizə, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə kimi hallarda dərhal necə hüquqi cəza tədbirlərinin həyata keçirildiyini görürük. Bu isə cəmiyyətimizdə hüquq-mühafizə sistemimizə qarşı etimadı daha da artırır”.

Deputat qeyd edib ki, dövlətin ədalətini hamı görür. Hüquqi mədəniyyətimiz və hüquqi anlayışımız daha obyektiv əsaslarda formalaşır.


Oxunub: 392






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim