reklam
USD
3 ℃
EUR
BAKI

Yardımlı rayonundakı meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir

XƏBƏR / 05.08.2021 00:46
Yardımlı rayonundakı meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir


"carciTV" xəbər verir ki, Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.


Oxunub: 331






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim