reklam
USD
15 ℃
EUR
BAKI

Azərbaycanlı Londonda 1 milyard manata klub almaq istəyir: Həmin şəxs kimdir?

REPORTAJ / 06.08.2021 01:57
Azərbaycanlı Londonda 1 milyard manata klub almaq istəyir: Həmin şəxs kimdir?


İngiltərə mətbuatında 946 milyon 930 min 600 manat dərəyində futbol klubu almaq istəyən azərbaycanlı barədə məlumat yayılıb.

"carciTV" xəbər verir ki, İngiltərədə təxminən 1 milyard manat dəyərində futbol klubu almaq istəyən şəxs tanınmış azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsib Piriyevdir.

Satınalma barədə işləri yerinə yetirən şirkətindən verilən məlumatda Nəsib Piriyevin 1986-cı ildən bəri "West Ham FC” və İngiltərə millisinin fanatı olduğu bildirilib:

"Piriyev futbol klubunun beynəlxalq fəaliyyətini inkişaf etdirmək istəyir. O, son 15 ildə Rusiya, Orta Asiya və Uzaq Şərqdə çoxsaylı layihələri uğurla inkişaf etdirib. Bu layihələr arasında Azərbaycanda ən müasir metanol zavodu olan bir neft-kimya kompleksinin inkişafı, bir sıra Orta Asiya dövlətlərində neft -qaz kondensat emalı zavodlarının mühəndisliyi, inkişafı və inşası və beynəlxalq neft məhsulları ticarəti şirkətinin qurulması aiddir".

Qeyd edək ki, Nəsib Piriyevin atası Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb.

Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.


Oxunub: 377






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim