reklam
USD
34 ℃
EUR
BAKI

"ATLANT" İstirahət və Əyləncə Mərkəzinin rəhbəri həbs edilib

XƏBƏR / 11.08.2021 16:58
"ATLANT" İstirahət və Əyləncə Mərkəzinin rəhbəri həbs edilib


Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət-profilaktik tədbirlər daim diqqət mərkəzində saxlanılır.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilən növbəti yoxlamalar zamanı Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən "Atlant" İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkar olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət İşi başlanılıb. "Atlant” İstirahət və Əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vətəndaşlardan və ictimai iaşə obyektləri sahiblərindən, habelə fəaliyyətinə icazə verilən digər qapalı məkanların rəhbərlərindən tələb olunur ki, sanitar-karantin rejimi qaydalarına tam əməl etsinlər. Əks halda bu qaydaları pozan şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.


Oxunub: 554






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim