reklam
USD
30 ℃
EUR
BAKI

“Qoç Ət” restoranında nöqsanlar aşkarlanıb - SİYAHI

REPORTAJ / 12.08.2021 00:37
"Qoç Ət” restoranında nöqsanlar aşkarlanıb - SİYAHI


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 425 ictimai iaşə obyektində 728 monitorinq keçirib.

Bu barədə AQTA-dan xəbər verilib. 

Məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Cəfər Xəndan küç., ev 36 ünvanında yerləşən, fiziki şəxs Həsənov Müşfiq Arif oğluna məxsus "Qoç Ət” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vaqif Mikayıl oğluna məxsus "Köz Dönər Tantuni” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106a ünvanında yerləşən, hüquqi şəxs "Simurg" MMC-yə məxsus "Second Cup” kafesi;

4. Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi 29 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus "Baku Voice” restoranı;

5. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küç., ev 49m ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus "The Hall by Emiland” restoranı;

6. Bakı şəhəri, Yasamal rayonu, Ş. Qurbanov küçəsi 21 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ruslan Vahid oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küç., ev 47c ünvanında yerləşən, fiziki şəxs Xələfov Xanlar Həsənbala oğluna məxsus "Mark Chill Out” restoranı;

8. Bakı şəhəri, Binəqədi rayonu, Varovski Davidoğlu küç., ev 1N ünvanında yerləşən, fiziki şəxs Əmirəslanov İlqar Taleh oğluna məxsus "Yaban Pub” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

"carciTV"


Oxunub: 406






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim