reklam
USD
5 ℃
EUR
BAKI

Həbs olunan "Atlant"ın rəhbərini Əbülfəs Qarayevlə nə bağlayır? - ARAŞDIRMA

XƏBƏR / 12.08.2021 15:26
Həbs olunan "Atlant"ın rəhbərini Əbülfəs Qarayevlə nə bağlayır? - ARAŞDIRMA


Xəbər verdiyimiz kimi, Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən "Atlant" İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulmasına görə mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov və xidmətin personalı saxlanılıb.

"carciTV" xəbər verir ki, mərkəzin rəhbəri 2000-ci ildən turizm sahəsində fəaliyyət göstərir. Azərbaycanda turizm sektorunda tanınan ən məşhur sahibkarlardan sayılır. 

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevlə yaxın dostluq münasibətləri olub. İddia edilir ki, sözügedən əyləncə mərkəzinin tikilib ərsəyə gəlməsində keçmiş nazirin də mühüm rolu olub. Hətta bəzi məqamlarda biznes ortağı olduğu da deyilir. Həmçinin obyektin əsl sahibinin sabiq deputat Nizami İsgəndərov olduğu bildirilir.

Əyləncə mərkəzi o vaxtkı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Tahir Qədəşov özü isə "Tərəqqi” medalı ilə təltif olunub.

Sahibkar özü və rəhbəri olduğu "Atlant" İstirahət və Əyləncə mərkəzinin adı mətbuatda bir sıra qalmaqallı hadisələrlə də yadda qalıb. Ən dəhşətlisi 2017-ci ilin iyul ayında 10 yaşlı Qədirov Xəyal Nihad oğlu istirahət mərkəzinin hovuzunda təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən boğulması olub. 

Tahir Qədəşov həmçinin 2011-ci ildə mətbuatda yay aylarında dövlət imtahanlarının ləğv edilməsi təklifi ilə də yadda qalıb. "Atlant"ın rəhbəri hesab edib ki, hər il iyun-iyul aylarında keçirilən qəbul imtahanlarının turizm mövsümünün qızğın çağına təsadüf etməsi nəticəsində abituriyenti olan ailələr istirahətə gedə bilmir. Nəticədə, istirahət mərkəzlərinə gələn turistlərin sayı azalır. 

Tahir Qədəşovun fikrincə, qəbul imtahanlarının vaxtının dəyişməsi daxili turizm sektorunda müştərilərin sayının 2 dəfə artmasına səbəb ola bilər.


Oxunub: 525






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim