reklam
USD
5 ℃
EUR
BAKI

Azərbaycan XİN-dən Ermənistan XİN-ə cavab

XƏBƏR / 12.08.2021 15:28
Azərbaycan XİN-dən Ermənistan XİN-ə cavab


"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən 11 avqust 2021-ci il tarixli bəyanatı Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir". 

"carciTV" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

"Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində "tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 Noyabr 2020 Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası "tutduqları mövqelərində dayanırlar” qeyd olunur.

Vurğulamaq istərdik ki, "dayanmaq” sözü bu və ya digər kontekstdə "qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir. 

Bundan əlavə, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi "Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu" olaraq müəyyən edilmişdir. Üçtərəfli bəyanatın 4 -cü bəndində isə xüsusilə qeyd edilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir". 

Üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. 

Beləliklə, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur. 

Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi, və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. 

Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir.

Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir.

Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur", - nazirlikdən qeyd olunub.


Oxunub: 359






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim