reklam
USD
9 ℃
EUR
BAKI

Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəlib TƏBRİK EDİRİK!

İDMAN / 14.08.2021 01:21
Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəlib


Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının beşinci turunun oyunları keçirilib.

"carciTV" xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib. Beşinci turu daha 4 şahmatçımız qələbə ilə başa vurub. Belə ki, Gülnar Məmmədova Xəyalə Abdulla, Xanım Balacayeva serbiyalı Jovana Erik, Zeynəb Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Nəsrin Babayeva avstriyalı Denise Trippold üzərində qələbə qazanıb.

Digər təmsilçilərimiz - Gövhər Beydullayeva rusiyalı Leya Qarifullina, Türkan Məmmədyarova yunanıstanlı Yekaterina Pavlidou qarşılaşmaları heç-heçə ilə başa çatıb.

İki şahmatçımız məğlubiyyətlə üzləşiblər - Ülviyyə Fətəliyeva Viktoriya Radeva (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva rumıniyalı Pancu Aureliana-Eugeniaya uduzublar.

Qeyd edək ki, beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal qazanıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.


Oxunub: 413






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim