reklam
USD
30 ℃
EUR
BAKI

Stalinin sürgün etdiyi ailənin üzvü - UFC-də çıxış edən yeganə azərbaycanlı...

REPORTAJ / 14.08.2021 15:19
Stalinin sürgün etdiyi ailənin üzvü - UFC-də çıxış edən yeganə azərbaycanlı...


Rafael Fiziyev UFC-da yüngül çəki dərəcəsində çempion olan Qırğızıstanın UFC (qarışıq döyüş sənəti) döyüşçüsüdür. O, UFC yarışlarında iştirak edən yeganə azərbaycanlıdır.

Stalin rejimindən qaçış

İdmançı 1993-cü il martın 5-də Qazaxıstanın Korday şəhərində anadan olub. Fiziyev azərbaycanlı əsillidir. O, sosial şəbəkələrdə Qarabağda 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana verdiyi dəstəyi ilə diqqət çəkmişdi. Rafaelin qardaşları ona Azərbaycanın milli papağını hədiyyə ediblər. O, bu papaqla döyüşlərdən əvvəl keçirilən mətbuat konfranslarına qatılmağı ənənəyə çevirib.

Rafael müsahibələrindən birində babalarının SSRİ-də Stalin rejiminin repressiyaları dövründə Azərbaycandan Qazaxıstana sürgün edildiyini bildirib.

Rafael Fiziyev Qırğızıstan Daxili İşlər Nazirliyi Akademiyasının məzunudur.

Kiçik əlcəklər

Rafael idmana atasının sayəsində gəldiyini deyib. Ataları hələ uşaqkən onun və qardaşlarının əllərinə əlcək geyindirib idman zalına aparırmış. Döyüşçünün mübarizəsi də elə o illərdən başlayıb.

Qardaşları ilə döyüşlərində məğlub olan Rafael idman zalında məşq etməmək qərarına gəlir. Amma yeniyetmə yaşlarında ailəsi kənddən şəhərə köçəndə idmana münasibəti yenidən dəyişir. Məktəbdə tez-tez öz yaşıdlarının fiziki təzyiqlərinə məruz qalan Rafael özündə müdafiə gücünü artırmaq üçün muay-taya üz tutur.

Rafael muay-tayla yanaşı, özünü digər idman növlərində - sambo, kikboksinq, boks, jujitsu və güləş də sınayıb. O, muay-taydan qarışıq döyüş sənətinə keçdikdə müəyyən çətinliklərlə üzləşdiyini, yeni bacarıqlar əldə etmək üçün tez-tez güləşdiyini bildirib.

İlk məşqçisi Pavel Fedotov ona "Ataman” ləqəbini verib.

"Ataman”

Döyüş meydanında Qırğızıstanı təmsil edən Rafael Fiziyev MMA-nın peşəkar rinqində 2015-ci ildə debüt edib. UFC-yə qatılmamışdan əvvəl Asiya (ROAD FC) və Amerikada (Titan FC) regional yarışlarda çıxış edərək, özünü idman dünyasına tanıda bilib.

Rafael UFC-dəki debütündə - 2019-cu il aprelin 20-də Sankt-Peterburqda keçirilən matçda (UFC Fight Night 149) rusiyalı döyüşçü Maqomed Mustafayevlə qarşılaşıb. İlk raundda texniki nokautla məğlub olub. Həmin il oktyabrın 26-da çıxdığı növbəti görüşdə böyük üstünlüklə qalib gəlib.

Fiziyev 2020-ci il iyulun 19-da UFC-nin Döyüş Gecəsində Alan Patriki əvəz edən Mark Diakezlə qarşılaşıb. Rafael bu matçdan da qələbə ilə ayrılıb. Bundan başqa, "Gecənin döyüşçüsü” seçilib.

Fiziyev həmin ilin avqustun 5-də UFC ilə dörd illik yeni müqavilə imzaladığını açıqlayıb.

Gecənin performansı

Rafael Fiziyev ötən il noyabrın 28-də UFC çərçivəsində braziliyalı Renat Moykanu ilə döyüşməli idi. Amma Moykanu döyüşdən əvvəl COVID-19 üçün müsbət test səbəbiylə yarışdan çıxdı və döyüş təxirə salındı. Amma Fiziyev dekabrın 12-də baş tutan görüşün birinci raundunda texniki nokautla mübarizəni qazandı. Bundan əlavə, döyüşçü karyerasında ilk dəfə "Gecənin performansı” mükafatına layiq görüldü.

Rafael bu ilin avqustun 8-də UFC-nin növbəti Döyüş Gecəsində amerikalı Bobbi Qrindən üstün olub.

Dəmirçi

Rafael idmanla yanaşı, dəmirçiliklə də məşğuldur. O, dəmirdən soyuq silahlar hazırlamağı sevir.


Oxunub: 369






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim