reklam
USD
21 ℃
EUR
BAKI

ZƏFƏRƏ APARAN YOLUN BAŞLANĞICI

NƏŞR / 14.08.2021 17:06
ZƏFƏRƏ APARAN YOLUN BAŞLANĞICI
 
    "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük Qələbədir. Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır, bu gün. Gözün aydın olsun, Azərbaycan!”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 

Aprel döyüşləri Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirən, xalq-ordu-rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının işğalla heç vaxt barışmadığını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəmizdir. Düşmən təxribatını layiqincə cavablandıran Azərbaycan ordusu  2016-cı ilin 2-5 aprel  tarixində baş vermiş Aprel döyüşləri nəticəsində   sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı.  Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi,Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Bu döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması təmin edildi.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə "Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.  Son döyüşlər ordumuzun necə böyük bir potensiala malik olduğunu bir daha göstərdi. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin  başlanğıc nöqtəsi oldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir:
"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.”
Ölkə başçısı cənab İlham Əliyevin  bu qətiyyət dolu fikirləri həqiqətən də özünü doğrultdu. Dörd günlük döyüşlərdən başlanan şanlı qəhrəmanlıq tariximiz  44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən böyük Zəfərlə yekunlaşdı. Xalqımız illərlə həsrətində olduğu Qələbə sevincini yaşadı. 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılmış, viran edilmiş, yandırılmış ata-baba yurdlarımız işğaldan azad edildi.

Rahib KƏRİMLİ


Oxunub: 987






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim