reklam
USD
15 ℃
EUR
BAKI

Tikinti şirkətindən görünməmiş fırıldaq: Satdığı mənzilləri geri alır

REPORTAJ / 18.08.2021 02:05
Tikinti şirkətindən görünməmiş fırıldaq: Satdığı mənzilləri geri alır


"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) vətəndaşlara satdığı mənzilləri geri almağa çalışır. 

"carciTV" xəbər verir ki, bu barədə Qaynarinfo.az-a sözügedən MTK-nın Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi hündürmərtəbəli binada mənzil alan sakinlər bildirib. Onların sözlərinə görə, mənzil alan sakinlər şirkətə çağırılır, onlardan ya mövcud müqaviləyə xitam verilməsi, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsi tələb edilir.

"Bir müddət idi ki, binanın sonuncu mərtəbəsində tikinti işləri dayandırılmışdı. Ona görə də aldığımız mənzillərə köçə bilmirdik. Şirkətin rəhbərliyi tikinti işlərinin dayandırılmasını maliyyə çatışmazlığı ilə izah edirdi. Amma indi məlum olur ki, şirkətin ayrı planı var imiş”, - deyə sakinlər bildirib.

Onların sözlərinə görə, şirkət rəhbərliyi hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Bununla razılşamyanlar isə məhkəmə ilə hədələnir. 

"Biz mənzilləri təməldən almışıq. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi. İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə bağlayır. Biz neçə ildir ki, bu mənzilləri almışıq. Nağd alan da var, kreditlə alan da. İndi şirkət bizi müqavilələrə xitam veriləcəyi, yeni qiymətlərlə razılaşmayanların mənzillərinin başqalarına satılacağı ilə hədələyir. Bu açıq-aydın dələduzluqdur. Binanın təhvil verilməməsi də bununla bağlıdır”, - deyə sakinlər əlavə edib. 

Sakinlər məsələ ilə bağlı Baş Prokurluq yanında Korrupsyiaya Qarşı Mübarizə İdarəsinə müraciət etmək niyyətindədirlər: 

"Biz bu məsələni belə qoymayacağıq. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyik. İllərdir ev almışıq, pulunu də ödəmişik, indi şirkətin rəhbərliyi yenidən bizdən əlavə qoparmağa çalışır”.

Qeyd edək ki, "Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur. 

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir.

Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb.

O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 400 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.


Oxunub: 401






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim