reklam
USD
23 ℃
EUR
BAKI

Prezident İlham Əliyev: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi”

NƏŞR / 25.08.2021 00:50

Qarabağda Beynəlxalq Hava limanlarının inşası regionun inkişafında strateji əhəmiyyətə malikdir


    2020-ci il 10 noyabrın tarixdə üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verildi. Öncə diqqət yetirilən əsas məsələlərdən biri infrastrukturun yenilənməsi və bərpası oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ilin yanvarında Qarabağın tacı olan Şuşamıza səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdur. Bu addımı azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihə kimi dəyərləndirən Azərbaycan Prezidenti uçuş-enmə zolağının cari ildə istifadəyə veriləcəyini bildirmişdir. Artıq eniş-uçuş zolağı hazır olan Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirilib.
      Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən aeroportlardan biridir. Cari ilin əvvəlində təməli qoyulan hava limanında artıq növbəti ay ilk uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Digər iki hava limanı isə Zəngilanda və Laçında inşa ediləcək. Prezident İlham Əliyev hər iki hava limanının təməlqoyma mərasimində iştirak edib. Atılan bu addımlar artıq Böyük Qayıdışın başlandığının təsdiqidir. Ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə edir ki, necə düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
     İşğaldan azad olunan ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan kifayət qədər səmərəli olacaq. Füzuli Hava Limanı Qarabağa getmək istəyən yerli və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər Yoluna, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağı nəzərə alınaraq həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda da hava limanına ehtiyacın olduğu önə çəkildi. İşğaldan azad edilmiş ərazilərimiz öz potensial imkanları ilə diqqətdədir. İnfrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, yenidən bərpası bu potensialdan səmərəli istifadəyə geniş imkanlar açacaq. Eyni zamanda, bu fakt da inkaredilməzdir ki, işğaldan azad edilmiş torpaqlarımız yerli və xarici turistlər üçün diqqətçəkəndir. Bu ərazilərimizdə üç Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi qət olunacaq məsafənin azaldılmasına, bununla, həmçinin turist axınının sürətləndirilməsinə də öz böyük təsirini göstərəcək.
     Üçüncü hava limanının Laçında inşa edilməsi strateji cəhətdən daha vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacibdir. İnşa edilən hava limanlarının hər birinin bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanında olmaları onların strateji əhəmiyyətini göstərən amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilərkən bu məqamı da xüsusi qeyd edib ki, Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Seçilən yerdə yenə də böyük torpaq işlərini aparmaqla hava limanının tikintisi mümkündür. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir.
    Azad edilmiş bölgələrin-Şərqi Zəngəzurun, Qarabağın bərpası, vətəndaşlarımızın bu regiona qayıtmaları üçün yeni imkanlar yaranır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə deyir: "Kəlbəcər-Laçın zonasında hava limanının tikintisi çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir".
    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu işlərin görülməsi üçün texniki, maliyyə imkanlarımızın və güclü iradəmizin mövcudluğunu bir daha diqqətə çatdırır. Ümumiyyətlə, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının inşa edilməsi və istismara verilməsi regionun inkişafı üçün strateji əhəmiyyətə malikdir.

Rahib KƏRİMLİ


Oxunub: 367






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim