reklam
USD
21 ℃
EUR
BAKI

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər

REPORTAJ / 31.08.2021 01:55

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan "Gənclik” parkının açılışında iştirak ediblər.


"carciTV" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.

Hələ 2019-cu il noyabrın 11-də "Gənclik” parkı yeni salınarkən Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər.

Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə biləcəklər.

Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb.

"Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Burada bağlı və açıq futbol meydançaları inşa olunub. Parkda ziyarətçilər üçün piknik məntəqələri də var. Qaçış üçün cığırlar, eləcə də velosiped yolları parkın idmansevərlərin də ən çox üz tutduqları məkana çevriləcəyindən xəbər verir.

Park ərazisinin genişliyi nəzərə alınaraq istirahət edən şəxslərin rahatlığı üçün müvafiq məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılıb. Ərazinin ən görməli yerlərindən biri də parkda yaradılan göldür.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə layihələr icra edir. Bu sahədə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.

Beləliklə, "Gənclik” parkı paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığını bir daha təsdiqləyir.


Oxunub: 320






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim