reklam
USD
2 ℃
EUR
BAKI

“Caspian Drilling Company” fəaliyyətinin 25 illiyini qeyd edib TƏBRİK EDİRİK!

XƏBƏR / 07.09.2021 15:33

"Caspian Drilling Company” fəaliyyətinin 25 illiyini qeyd edib


Azərbaycanda neft-qaz sənayesində hasilatın pay bölgüsü üzrə sazişlərinin imzalanmasından sonra ilk müştərək müəssisə kimi yaradılan "Caspian Drilling Company” (CDC) fəaliyyətinin 25 illiyini təntənəli şəkildə qeyd edib. Şirkətin ildönümü gününün sentyabrın 5-i - həftənin bazar gününə düşməsi ilə əlaqədar, tədbir sentyabrın 6-da CDC-nin dəniz təchizat və logistika bazasında təşkil olunub.

Tədbirdə SOCAR, BP, "Eqiunor” və "TOTAL” şirkətinin rəhbər vəzifəli şəxsləri iştirak edib.

"carciTV" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan CDC-nin baş direktoru Fərid Axundov şirkətin yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu barədə məlumat verib.

Daha sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə CDC-nin kollektivini təbrik edib və şirkətin Azərbaycanın neft-qaz sektorunun inkişafında tutduğu əhəmiyyətli mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

Çıxışlarda, həmçinin o da vurğulanıb ki, donanmasında "Dədə Qorqud”, "İstiqlal” və Heydər Əliyev” adına yarımdalma qazma qurğularına malik CDC bu günə kimi Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən, "Ümid” yatağı istisna olmaqla, digər bütün dəniz layihələrində kəşfiyyat və sualtı qazma işlərinin qazma icraçısı olub və bu kəşfiyyat-qazma əməliyyatlarının nəticəsində "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları kəşf edilib. Həmçinin qeyd olunub ki, CDC Ulu Öndərin adını daşıyan "Heydər Əliyev” 6-cı nəsil yarımdalma qazma qurğusunun da inşasına rəhbərlik edib və şirkətin idarəçiliyi altında "Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsi ilə 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatan quyu qazmaqla Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekord əldə edilib.

Şirkətin uğurları siyahısında ölkə xaricində icra olunmuş qazma əməliyyatları barədə də məlumat verilib. Belə ki, CDC Aralıq dənizində İsrail dövləti üçün 2 kəşfiyyat quyusu qazıb, qardaş Türkiyə Cümhuriyyətində isə 6-cı nəsil "Fatih” qazma gəmisinin reaktivasiyasını həyata keçirib və onunla ilk qazma xidmətini reallaşdırıb. Hazırda CDC Qazaxıstandan gətirilmiş "Sətti” özüqalxan qazma qurğusunun modernizasiya işlərini başa çatdırıb və həmin qurğu vasitəsilə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində əməliyyatları icra edir.

Tədbirdə CDC-nin bir qrup əməkdaşı SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrinə əsasən, fəxri təltiflərlə mükafatlandırılıb.


Oxunub: 474






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim