reklam
USD
2 ℃
EUR
BAKI

Əli Həsənov və Sona Vəliyeva həbs edilə bilər

CANLI TV / 09.09.2021 10:46

Əli Həsənov və Sona Vəliyeva həbs edilə bilər


Prezidentin sabiq köməkçisi Əli Həsənov və onun həyat yoldaşı Sona Vəliyeva tərəfindən müflis edildiyini iddia edən sahibkar Nihad Ələkbərov prokurorluqda hədələndiyini deyir.

"Tatlı Dünyası” adlı şirniyyat evinin sahibi Nihad Ələkbərov Əli Həsənov və onun həyat yoldaşı, "Kaspi” Tədris Mərkəzinin rəhbəri Sona Vəliyevnın ona hədə-qorxu gələrək 200 min manat pul tələb etdiklərini bildirib:

"2018-ci ildə 300 min manatdan çox pul xərcləyərək Bakıda şirniyyat evini açdım. Bu biznesi qurarkən "Kaspi” Tədris Mərkəzinin mühasibi Tural Məmmədov mənimlə şərik idi, amma bu, rəsmi olaraq heç bir sənəddə əksini tapmayıb. Obyektin bütün sənədləri mənim adıma olub”.k

N.Ələkbərov bildirib ki, bir müddət sonra T.Məmmədovla "Kaspi” rəhbərliyi arasında problemlər yaranıb:

"Tural yeyintiyə görə həbs edildi və ifadəsində mənimsədiyi pullarla "Tatlı Dünyası”nı açdığını demişdi. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Elnur Rüstəmov mənə təzyiq edərək Tural Məmmədov tərəfindən "Kaspi”yə vurulan ziyanı ödəməyə məcbur etdi.88

Müstəntiq Elnur Rüstəmov dedi ki, Əli Həsənov məsələni Zakir Qaralova deyib və bu məsələ Zakir Qaralovun tapşırığı ilə həll olunur.

Tural "Kaspi” Tədris Mərkəzindən 200 min manat mənimsəmişdi. Qarşıma şərt qoyuldu ki, ya "Kaspi”yə 200 min manat pul ödəməliyəm, ya da həbs olunmalıyam. Məcbur olub başqa şəxslərdən borc alın "Kaspi” rəhbərliyinə 30 min manat pul və 70 min manat dəyərindəki "Land Rover Discovery” markalı avtomobilimi verdim. Amma məndən daha 100 min manat ödəməyim tələb olundu”.

Şikayətçi deyib ki, vəziyyət o yerə çatıb ki, onu övladları ilə hədələyiblər:

"Təzyiqlərdən sonra pulları "Kaspi”nin Bakıxanov filialının direktoru Gülsüm Məmmədliyə verdim. Son olaraq Əli Həsənovun təzyiqləri nəticəsində məhkəmə tərəfindən mənə məxsus 100 min manatlıq avadanlıqlara həbs qoyuldu. Hətta mənim əlavə olaraq daha bir obyektim var idi. Həmin obyekti də əlimdən alacaqlarına dair hədə-qorxu gəldilər deyə 130 min manatlıq obyekti 60 min manata satdım.

Bütün bu hadisələrdən sonra qurduğum biznes batdı. Ümumilikdə 661 min manat zərər çəkdim.

Əli Həsənov və arvadının mənə vurduqları zərəri ödəməsini və cinayət məsuliyyətinə cəlb edilmələrini tələb edirəm”.


Oxunub: 436






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim