reklam
USD
1 ℃
EUR
BAKI

Prezident İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib

RƏSMİ / 12.09.2021 01:09

Prezident İlham Əliyev "Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda "Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

"carciTV" xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker "Kəlbəcər” adlandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək "Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən "Kəlbəcər” neftdaşıyan tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür. Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etməsini nümayiş etdirməklə gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə göstərir.

Dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

"Kəlbəcər” neftdaşıyan tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 18 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Uzunluğu 141 metr, eni 16.9 metr olan "Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən "Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək "Prezident Heydər Əliyev”, "Kəlbəcər” və "Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.


Oxunub: 315






SON XƏBƏRLƏR

2025-02-21

19:45 Bəxtiyar Vahabzadənin adına metro stansiyası açılacaq? - TƏKLİF

Product image

19:29 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Product image

19:23 Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq

Product image

19:19 Prezident İlham Əliyev Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim edib

Product image

18:29 Xankəndi tikiş fabrikində qısa müddətdə 50 minə yaxın idman köynəyi istehsal olunub

Product image

2025-02-19

03:47 Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri: Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq

Product image

03:40 Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub VİDEO

Product image

03:31 Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub VİDEO

Product image

03:24 Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır

Product image

03:20 Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Product image

03:13 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq VİDEO

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim