reklam
USD
5 ℃
EUR
BAKI

Bakıda ŞOK HADİSƏ: Evindən 1.4 milyon manat oğurlanan rəis GÖRÜN KİM İMİŞ

CANLI TV / 19.09.2021 00:48

Bakıda ŞOK HADİSƏ: Evindən 1.4 milyon manat oğurlanan rəis GÖRÜN KİM İMİŞ


     Bakı Metropoliteninin Mexanikləşdirmə İdarəsinin sabiq rəisi Aslan İskəndərovun evindən 1,4 milyon manat oğurlamaq məqsədilə evinə basqın edən şəxslər cinayəti necə planladıqlarını etiraf ediblər.  

     "carciTV"  xəbər verir ki, 5 nəfərlik dəstə sabiq rəisin külli miqdarda pulunu ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub onun mənzilinə girməyə cəhd ediblər. Məhkəmə materiallarına görə, onlar evdə olan ailə üzvlərinə zor tətbiq edərək A.İskəndərovun arvadı, qızı və bacısı qızına xəsarət yetiriblər.  Təqsirləndirilən şəxslər istintaqa verdiyi ifadələrdə bu işi özbaşına təşkil etmədiklərini, hər şeyi sabiq rəisin həyat yoldaşı G.İ. və rəfiqəsinin planladığını bildiriblər. Məhkəmədə dindirilən zaman təqsirləndirilən Mirafiq V. oğurluğun G.İ. və rəfiqəsi Tacirə tərəfindən təşkil edildiyini deyib: "2011-ci ildə Tacirə adlı baxıcı ilə tanış olmuşdum. O, qardaşı Anarın imkanlı və evli bir qadınla münasibətinin olduğunu deyib, onların birgə şəkillərini mənə göstərdi. Tacirə qadının əri ilə münasibətlərinin pozulduğunu, yaşadığı mənzildə ərinə məxsus seyfdə 1 milyon 400 min manat pul olduğunu bildirdi. Təklif etdi ki, mən bir neçə adam tapım və pulları evdən oğurlayaq. G.İ.nın özünün də bu işə razı olduğunu bildirdi. Hətta mənim yanımda onunla videozənglə danışdı, o da seyfin yerini Tacirəyə göstərdi. Tacirə ilə danışığımız belə oldu ki, G.İ. özü oğurluğa girməyimiz üçün şərait yaradacaq. Qadın evdən çıxanda qapını açıq qoyub çıxacaq, biz də evə girib seyfi götürəcəyik. Bu iş üçün Saray qəsəbəsindəki tanışlarım Nəsimi, İskəndər, Nicat və Ruslanla danışdım. Evə girib G.İ.nin ağzını tutub, ona fiziki güc tətbiq etmək görüntüsü yaradacaqdıq. Tacirənin planına əsasən, qadına təzyiq olunmalı, mənzildən seyf götürüləndən sonra əşyalar dağınıq vəziyyətə salınmalı, mənzildə  oğurluq hadisəsi olması görüntüsü yaradılmalı idi. Qadının qızı şübhələnməsin deyə bir nəfər də onun ağzını tutmalı idi. Mənzildən götürüləcək pulun 400 min dolları G.İ-yə çatacaqdı. Qalan pulu isə Tacirə, mən və evə girən şəxslər arasında böləcəkdik”. Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, hadisə onlara deyilən kimi olmayıb. Onlar mənzilin qapısına çatanda G.İ.yə yaxınlaşıb işarə ediblər ki, sussun və şərait yaratsın ki, evə girib pulları götürsünlər. Amma qadın və qızı səs-küy salmağa başlayıb. Dəstə üzvləri həmin vaxt başa düşüb ki, qadının bu işdən xəbəri yoxdur.  Aslan İskəndərov ifadəsində bildirib ki, evdə həqiqətən seyf olub: "Arvadım ilə həmişə yaxşı münasibətimiz olub. Evimizdə həqiqətən seyf var idi, amma onun içində 1,4 milyon yox, cəmi 700 manat pul və mənə aid sənədlər olub. Hadisə vaxtı hamamda olmuşam. Birdən qışqırıq səsləri eşitdim. Çölə çıxanda qadınlar tələsik özlərini evə atdılar, həyəcanlı vəziyyətdə "çıxma, dörd nəfərdilər” dedilər. Qızların ağzından qan gəlirdi”.  G.İ. isə ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını deyib: "Qızımın iş yerində Tacirə adlı qadınla tanış olmuşdum. Tacirə də məni Xanımzərlə tanış etmişdi. Onlar evimizə gedib-gəliblər. Hətta Tacirə bizi Göygöldə ata evində qonaq edib. Tacirənin qardaşı ilə münasibətim olmayıb. O, bir dəfə mənzilə kondisioner quraşdırmaq üçün ustalar gətirib, bu qədər. Hadisə günü ərim evdə olduğundan qapını açarla bağlamadım. Liftin gəlməsini gözləyəndə iki nəfər oğlanın mənzilin qapısına tərəf gəldiyini gördüm. Onlar bizə zor tətbiq etdilər. Daha sonra oğlanı itələyib qışqırdım. Onlar bizi döydülər. Qızların qışqırıq səslərinə qonşular çıxdı. Bunu görən oğrular qaçdılar”.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirafiq.V 13 il, digərləri 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.(qafqazinfo.az)


Oxunub: 253






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim