reklam
USD
19 ℃
EUR
BAKI

“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada

CANLI TV / 23.09.2021 00:39

"Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi Şuşada


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildiriblər ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə "Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və "Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

Şuşaya çatarkən onları İsa bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidimizin balaca balasını hədiyyə ilə sevindirib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa bulağında "Qarabağın maralı” mahnısını ifa ediblər.

Bundan sonra tədbir iştirakçıları Yuxarı Gövhərağa məscidinə gediblər. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər.

Tədbirə qatılan Olimpiya çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi keçiblər. Yarışın sonunda Olimpiya çempionları həm əylənən, həm də yarışan uşaqların hər birini birinci yer medalı ilə təltif ediblər.

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə veriblər.

Sonra tədbirin rəsmi hissəsi keçirilib. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər Ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anası Səmayə xanıma söz verib. "Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstəriblər”, - deyən şəhid anası qeyd edib ki, övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirir. O, "Mənim atam qəhrəmandır” tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edib və qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.

Tədbirdə çıxış edən "Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu vurğulayıb.

Rəsmi hissənin sonunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhid övladlarına "Xarıbülbül” döş nişanı hədiyyə ediblər.

Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündəki "Xarıbülbül” nişanını torpağa bərkidiblər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, təşkilatçılardan ona verilən "Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib. "Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xala ilə birgə şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək”, - deyə balaca Ağaseyid öz arzusunu dilə gətirib. O deyib: "Hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm”.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçiriblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə "Şuşanın dağları” mahnısını ifa edib.

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamları ilə birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər uçurublar və bununla da dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.

"carciTV"


Oxunub: 263






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim