reklam
USD
23 ℃
EUR
BAKI

Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

XƏBƏR / 25.09.2021 01:48

Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub



Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci¬ vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

"carciTV" xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 88 saylı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Burada 28 sağlam təhsil sinfi var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.


Oxunub: 273






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim