reklam
USD
4 ℃
EUR
BAKI

Azərbaycanın dünyanın iqtisadi həyatında mühüm rolu barədə Avropa Şurası Nazirlər Komitəsində müzakirələr aparılacaq

CANLI TV / 01.10.2021 09:17

Azərbaycanın dünyanın iqtisadi həyatında mühüm rolu barədə Avropa Şurası Nazirlər Komitəsində müzakirələr aparılacaq


Avropa Şurası öz fəaliyyətində və üzv dövlətlərlə münasibətlərində, başlanğıcdan müəyyənləşmiş ali prinsiplərini həyata keçirməkdə yeni mərhələni yaşamaqdadır. Müasir dövr və cərəyan edən proseslər yeni yanaşmalar tələb edir. Üzv dövlətlərin yaxınlaşması, siyasi və humanitar problemlərin həllinə ortaq baxışların formalaşması üçün müştərək iqtisadi layihələr təkanverici amil kimi getdikcə daha çox ortaya çıxır. Azərbaycan bu baxımdan son illərdə həyata keçirdiyi ümumavropa və dünya əhəmiyyətli bir çox enerji və nəqliyyat layihələri ilə mühüm mövqe tutur. Bakı-Supsa, Bakı Novorossiysk, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Transanadolu Qaz Boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu və digər qlobal layihələri reallaşdıraraq, Azərbaycan Avropanın tərəqqisi və enerji təhlükəsizliyi təminində ən önəmli fiqurlardan birinə çevrilib.

"carciTV" xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Rafael Hüseynovun Avropa Şurası Nazirlər Komitəsinə yazılı şəkildə ünvanlandığı sualda yer alıb.

"Avropa ölkələrin yaxınlaşması, onların əməkdaşlığı və tərəfdaşlığının daha da dərinləşməsi üçün həyati əhəmiyyət daşıyan belə iqtisadi fonun ciddi siyasi mənası və yükü olmasının əminliyini nəzərə alaraq, Avropa Şurası Nazirlər Komitəsi belə proseslərdə özünün qoruyucu, dəstəkləyici, əlaqələndirici funksiyalarını tətbiq etməklə hansı töhfələr verməyə hazırdır?

Eyni zamanda, belə sağlam əməkdaşlıq mühitinin üzv dövlətlər arasında siyasi və humanitar problemlərin həllinə kömək göstərməsindən ötrü və qarşılıqlı anlşamanı daha artıq bərqərar etmək üçün Nazirlər Komitəsi öz tərəfindən hansı zəruri addımları atmağı məqsədəuyğun hesab edir?”,-deyə R. Hüseynov sualla müraciət edib.

Qeyd edək ki, AŞPA parlamentariləri Nazirlər Komitəsinə yazılı sualla müraciət edirlər. Suallar müzakirə edildikdən sonra, cavabla birlikdə çap edilərək Assambleya üzlərinə çatdırılır. Azərbaycanlı deputatın Azərbaycanın Avropa və dünyanın iqtisadi həyatında oynadığı mühüm rola dair sualı "Avropa Şurasına üzv dövlətlər arasında iqtisadi yaxınlşamanı təmin edən qlobal layihələrin siyasi proseslərə səmərəli təsir imkanları” adlı 15372 saylı sənəd kimi qəbul edilib və növbəti sessiyada cavabla birlikdə parlamentarilərə çatdırılacaq.


Oxunub: 289






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim