reklam
USD
4 ℃
EUR
BAKI

Taksi sürücülərindən niyə sağlamlıq arayışı tələb edilmir?

CANLI TV / 08.10.2021 10:30

Taksi sürücülərindən niyə sağlamlıq arayışı tələb edilmir?


   Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin bəzilərinin avtomobil idarə edərkən hərəkətləri və müştəri ilə davranışları haqlı olaraq narazılıqla qarşılanır. Ekspertlər bildirirlər ki, sovet vaxtı xüsusi kursdan keçə bilməyən sürücülər, yəni  davranışı, psixoloji vəziyyəti normal olmayanlar taksi sürücüsü  kimi fəaliyyət göstərə bilməzdi. Bəs indi taksi sürücülərindən niyə sağlamlıq arayışı tələb edilmir?

   "carciTV” xəbər verir ki, sifariş edilən ünvanlara gec gəldikləri və ya avtomobildə yüksək səslə musiqi dinlədikləri üçün müştəri ilə taksi sürücüləri arasında bir çox hallarda mübahisə düşür. Həmişə də hər iki tərəfin özünəməxsus səbəbləri olur. Məsələn, sərnişinlər taksi sürücülərinin avtomobildə davranışlarından narazılıq edirlər. Səbəb kimi şirkətlərin həmin sürücüləri işə götürərkən ciddi araşdırma aparmamalarını əsas gətirirlər.
    Şəhər sakinləri deyirlər ki, mümkün qədər taksidə olarkan sürücü ilə ünsiyyət qurmamağa çalışırlar. Bəziləri hətta sürücünün yüksək tonla mobil telefonla danışmasına da irad tutur. Amma sürücülər onlar barəsində səslənən fikirlərlə razılaşmırlar.
     Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər şirkətlərə onlayn müraciət edirlər. Sadəcə avtomobil haqqında məlumat vermək kifayət edir ki, şirkətlər həmin şəxsi şifahi sövdələşmə ilə işə qəbul etsinlər. Onların müştəri ilə davranışı və ya psixoloji vəziyyəti isə yoxlanılmır. Belə olduqda bəzi sürücülər müştəri ilə normal rəftar etmirlər və bu da haqlı narazılığa səbəb olur.
     Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb sürücülərin sağlamlığını yoxlamadan işə qəbul etmələrinin səbəbini soruşmaq istədik. Amma onlar bu məsələ barədə danışmaq istəmədiklərini bildirdilər.
    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, sovet vaxtı taksi fəaliyyəti ilə məşğul olmaq üçün onlar hazırlıq kurslarından keçirdilər. Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilməzdilər. Bu qayda indi də mövcuddur. Amma görünən odur ki, sözügedən qayda sadəcə kağız üzərindədir.
   İstənilən şəxs Bakıda fəaliyyət göstərmək istəyirsə, Bakı Nəqliyyat Agentliyinə, digər şəhər və rayonlarda işləmək istəyənlər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edir və dövlət rüsumunu ödəməklə fərqlənmə nişanı alaraq taksi fəaliyyəti göstərir.
    Ekspert deyir ki, bu, qanunvericilikdə ciddi boşluqdur. Təklif edilir ki, nəqliyyat qanunvericiliyində taksi sürücüsü olmaq üçün tələb edilən sənədlərin siyahısı vergi qanunvericiliyinə də əlavə olunsun. Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, onlar mövcud qanunvericilik əsasında fərqlənmə nişanı verirlər. Mövcud qanunvericiliyə görə sürücüdən xüsusi sənəd tələb olunmur.


Oxunub: 319






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim