reklam
USD
17 ℃
EUR
BAKI

“Azərsu”-nun daha bir gizlini üzə çıxdı – Habil Quliyevi uzun illər keçmiş sədrlə hansı tellər bağlayıb

CANLI TV / 08.10.2021 11:08

"Azərsu”-nun daha bir gizlini üzə çıxdı – Habil Quliyevi uzun illər keçmiş sədrlə hansı tellər bağlayıb


"carciTV" xəbər verir ki son bir həftədir intensiv yağan yağışlardan sonra Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması, yolları su basması nəticəsində avtomobillərin hərəkətinin çətinləşməsi, tıxaclarin yaranması, bəzi küçələrdə gölməçələrin yaranması onu göstərdi ki, bu bir-iki günün problemi deyil. Bu aidiyyatı qurumların illərlə baxımsızlıq ucbatından yaratdığı süni bir problemdir.

Hər belə yağış yağdıqdan sonra "Azərsu” ASC-nin rəsmiləri subasmanı yağan yağışın həddindən artıq çox olması, küçələrdə yığılıb qalmasını isə kanalizasiya xətlərinin həddindən artıq yüklənməsi ilə əlaqələndirirlər. Amma əslində isə səbəb başqa cürdür.
Su qəbuledici qurğuların müxtəlif əşyalarla dolması nəticəsində tutulmasını nədənsə "Azərsu” rəsmiləri unudurlar. Məhz elə kollektorların vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində küçə və prospektlərdə, ayrı-ayrı yaşayış massivləri və məhəllələrdə acınacaqlı vəziyyət yaranır, küçələr su altında qalır, su ilə dolmuş məhəllələrdə insanların belə hərəkəti çətinləşir.

Məlum olduğu kimi Bakı şəhərinin kanalizasiya və yağış sularını yığan şəbəkələr "Azərsu” ASC-nin, körpü və yollarda isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında və xidmət dairəsindədi. Bu qurumların fəaliyyəti isə bu gün Azərbaycan ictimaiyyətinin ən çox müzakirə etdiyi bir sahədir.

"Azərsu” ASC-yə tabeli bir qurum da var ki, Bakı şəhərinin su və kanalizasiya sistemlərinə birbaşa nəzarət həyata keçirir. Bu Bakı Sukanal İdarəsidir ki, paytaxtın ayrı-ayrı rayonlarının Sukanal idarələrini də özündə birləşdirir. Bu idarələrin işi isə Bakı şəhərini su ilə təmin etməklə yanaşı, kanalizasiya sistemini də daim nəzarətdə saxlamaq və su qəbuledici qurğuları mütəmadi olaraq təmizləməkdən, istismara yararlı vəziyyətdə saxlamaqdan ibarətdir. Amma görəsən Bakı Sukanal İdarəsi və ona tabeli digər idarələr bu işin öhdəsindən gələ bilirmi?

Aktualinfo.org-a verilən məlumata görə Bakı Sukanal İdarəsinə "Azərsu” ASC-nin sədri vəzifəsindən may ayında uzaqlaşdırılmış Qorxmaz Hüseynovun ən yaxın adamlarından biri olan Habil Quliyev rəhbərlik edir. Sözügedən şəxs Qorxmaz Hüseynov hələ 2006-cı ildə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində işləyərkən qurumun Mənzil-Kommunal Departamentinin rəisi olub. Elə həmin vaxtlardan Qorxmaz Hüseynovun qara kassası olan Habil Quliyev sonrakı illərdə də eyni missiyanı "Azərsu” ASC-də də həyata keçirib.

Məlum olduğu kimi Bakı şəhərində su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə yüz milyonlarla manat həm dövlət vəsaiti ayrılıb, həm də layihə çərçivəsində Dünya Bankı ilə "Azərsu” arasında bağlanmış müqavilələrə uyğun sərmayə qoyulub. Bu qurumda illərlə dövlət vəsaitlərinin talan olunması, layihələrin icrası zamanı maxinasiyalara yol verilməsi, tenderlərdə milyonluq mənimsəmələr həyata keçirilməsi haqda dövrü mətbuat davamlı olaraq yazıb.

Qorxmaz Hüseynov "Azərsu” ASC-nin sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra səhmdar cəmiyyətdə məhz bu işlərin yoxlanılmasına start verildiyi barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda indiyə qədər adı heç yerdə hallanmayan Habil Quliyevin də izahat verdiyi bildirilir. Verilən bilgilərdə "Azərsu” ASC-də yaşanan özbaşınalıqlar və külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi hallarının yoxlanılması davam etdirilir və yaxın gələcəkdə bir neçə vəzifəlinin həbsinin qaçılmaz olduğu bildirilir.

Ümumyyətlə isə Qorxmaz Hüseynovun ətrafında, işbirliyində olduğu, lakin qeyd etdiyimiz kimi indiyə qədər adı heç yerdə hallanmayan Habil Quliyevin də gizlinləri ortaya çıxmağa başlayıb. Məlumatlara görə Habil Quliyev artıq həbs edilmiş sabiq nazirlərdən biri ilə də yaxın münasibətlərdə olub, maxinasiyalar həyata keçiriblər.

Onun adı vaxtı ilə Dövlət Neft Şirkətində vitse-prezident olmuş, artıq dünyasını dəyişmiş Yavər Camalovla da işbirliyində hallanır. Bu işbirliklərində isə məlumatlara görə dövlət əmlaklarının ələ keçirilməsindən tutmuş, büdcə vəsaitlərinin talanmasına qədər hər şey daxildir.

Göründüyü kimi indiyə qədər "Azərsu” ASC-nin sabiq sədrinin yaxın qohum-əqrəbalarını ətrafına yığdığı,onlara geniş şəraitlər yaratdığı barədə məlumatlar gündəmdə olurdu. Qorxmaz Hüseynovun daha bir gizlinini də son günlər Bakıya yağan intensiv yağışlar ortaya çıxardı. Hələ onların işbirliyindən üzə çıxarılmayan çox gizlinlər var ki, yaxın günlərdə aydınlıq gətirəcəyik.

P.S. Mövzu ilə bağlı "Azərsu” ASC ilə əlaqə yaratmaq çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi aidiyyati qurumların və adları çəkilən şəxlərində münasibətin ictimailəşdirməyə hazırıq.


Oxunub: 558






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim