reklam
USD
26 ℃
EUR
BAKI

Erməni terrorunun canlı şahidi 6 yaşlı Bəxtiyar: Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?

REPORTAJ / 12.10.2021 02:35

Erməni terrorunun canlı şahidi 6 yaşlı Bəxtiyar: Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?


Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından bir il ötür

Keçən il oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.

AZƏRTAC-ın bölgə müxbiri balaca Bəxtiyarla görüşüb, o dəhşətli günləri onun ailəsinin, özünün dilindən bir daha dinləyib.

Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli hər gün gəlib evlərinin dağıntılarını seyr edir. Yanmış, sınmış oyuncaqlarını, qonşularını, balaca dostlarını axtarır...

"Evimizə bomba düşəndə qorxmadım. Heç kişi də qorxar? Bacımın yanına getdim. Dedim ki, ay Şəhla, qorxma mən yanındayam. Onun qorxudan ayaqları tutulmuşdu, iki gün yeriyə bilmədi. Ermənilər bizim evimizi dağıdıb, onlara nifrət edirəm”, - deyə erməni terrorunun 6 yaşlı şahidi həmin günləri xatırlayır.

Bəxtiyarın anası Lalə Heydərova həmin günlər barədə həyəcansız danışa bilmir: "Ayın 4-ü, 5-i, 8-i atılan bütün raket zərbələrini görmüşdük. Oktyabrın 11-i idi. Hamımız yatmışdıq. Qəfil gurultu səsinə oyandıq, yer-göy titrədi. Gözümüzü açanda dağıntılar içində idik. Tez telefonun işığını yandırdım. Elə anda, öz evində belə nəyin harada olduğunu unudursan. Evimiz tanınmaz vəziyyətdə idi. İşığı uşaqların üzərinə salanda gördüm ki, hər şey onların üstünə yıxılıb. Qızımın ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Bəxtiyarın üzü-gözü qan içində idi. Lakin bu vəziyyətdə bacısını qucaqlayıb deyirdi ki, "Şəhla, qorxma mən sənin yanındayam”.

Lalə Heydərova deyir ki, ailəsi təcili tibb yardım və xilasetmə qruplarının köməyi ilə dağıntılar arasından çıxarılıb.

"Bəxtiyarın təcili yardım maşınında gülümsəməsi mənə sanki təpər verdi. Həmin vaxt oğlumdan güc aldım. Bütün dünya onun timsalında xalqımızın əyilməzliyini, mərdliyini gördü. Azərbaycan əsgəri bu qisası yerdə qoymadı, torpaqlarımızı yağı düşməndən azad etdi. Yaşasın ordumuz, yaşasın Prezidentimiz”,- deyə Bəxtiyarın anası bildirib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş "Scud” ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanlar həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda, 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.


Oxunub: 282






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim