reklam
USD
14 ℃
EUR
BAKI

Torpaqların sənədləşməsi ilə bağlı yeni qərar: bu üstünlükləri var - ŞƏRH Azərbaycanda “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

XƏBƏR / 14.10.2021 16:07

Torpaqların sənədləşməsi ilə bağlı yeni qərar: bu üstünlükləri var - ŞƏRH
Azərbaycanda "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir


"carciTV” xəbər verir ki, dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qanunda nəzərdə tutulan dəyişikliyi "Ölkə.Az”a şərh edib. O bildirib ki, 1990-cı illərin sonlarında islahatlar aparılarkən vətəndaşlara verilən pay torpaqlarının böyük əksəriyyəti dövriyyədən kənarda qalıb. Bu səbəbdən çoxları bu torpaqları sənədləşdirməyib:
"Bu torpaq sahələrinin əksəriyyəti əkilib-becərilsə də, sənədləşdirilməyib. Çünki kənd təsərrüfatı məhsullarının vergidən azad olunması belə bir zərurət yaratmır. Bu torpaqlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olunursa, kənd təsərrüfatı məhsulları yetişdirilir və satılırsa, həmin məhsullar emal olunmadığı təqdirdə vergidən azad olunur. Bu baxımdan sənədləşmə öhdəliyi də yoxdur”. 
Ekspertin sözlkərinə görə, sənədləşmə yalnız torpaq rəsmi dövriyyəyə girdikdə: alqı-satqı predmeti olduqda, girov qoyulduqda, vərəsəlik formasında ötürülməli olduqda məcburi olur: 
"Sənədləşmənin bir çox üstünlükləri olacaq. Məsələn, həmin torpağın sərhədləri və kimə məxsus olması rəsmi qaydada elektron hökümət portalında və rəsmi mənbələrdə görünəcək, qeydiyyat sənədləri dövlət tərəfindən tanınacaq. Bu məlumatlar elektron xəritələrdə yerləşdiriləcək və gələcəkdə torpaqların konsolidasiyası, hüquqların ötürülməsi baxımından da faydalı olacaq. Bu baxımdan mülkiyyət hüquqlarının təsdiq edilməsinin rüsumdan azad edilməsi kifayət qədər önəmli məsələdir”. 

"Mövcud dəyişiklik vətəndaşlara stimul verəcək ki, həmin əraziləri sənədləşdirsinlər”, - deyə R. Osmanlı əlavə edib.


Oxunub: 295






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim