reklam
USD
18 ℃
EUR
BAKI

Nəzir verənlərə qəbz təqdim edilsin! - Azərbaycanda nəzir qutuları ilə bağlı YENİ təklif

REPORTAJ / 14.10.2021 16:14

Nəzir verənlərə qəbz təqdim edilsin! - 

Azərbaycanda nəzir qutuları ilə bağlı YENİ təklif


Bu gün istənilən bölgəmizə səfər edərkən yolboyu quraşdırılan nəzir qutularına rast gəlmək olur. Lakin bu sahə ilə bağlı hələ də qaranlıq qalan bəzi məqamlar var. Nəzir qutularına toplanan ianələrin xərclənməsində sui-istifadə hallarının olduğu barədə tez-tez müxtəlif fikirlər səsləndirilir. Elə bu istiqamətdə düşüncələr də birmənalı deyil. Bir qism nəzir qutularının ümumiyyətlə ləğv edilməsinin tərəfdarı olsa da, digərləri buna kəskin etiraz edir.
 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov dünyanın ayrı-ayrı ölkələrində bununla bağlı konkret təcrübələrin olduğunu deyib:

"Bu təcrübə ondan ibarətdir ki, bir sıra hallarda həmin nəzir qutularına atılan pullar məscidin idarə olunmasına sərf olunur, bir sıra hallarda isə, imkansız ailələrə xərclənir. Hətta bəzi ölkələrdə və eləcə də, Türkiyədə nəzir verən insanlara əlavə olaraq da qəbz verilir – bir nüsxəsi nəzir verən şəxsdə, bir nüsxəsi isə qəbul edən tərəfdə saxlanılır və bu, nömrələnmiş çeklər olur. 
Hesab edirəm ki, bu mexanizmi biz də ölkəmizdə tətbiq edə bilərik. Cəmiyyətimizdə bu məsələ ilə bağlı uzun illərdir müəyyən suallar var. Ola bilsin ki, həqiqətən o nəzirlər məscidlərin idarə olunmasına sərf olunur. Amma fikrimcə, insanlarımızda dəqiq məlumatların olması, yanlış təsəvvürlərin yaranmaması üçün bu barədə ciddi şəkildə düşünməli və şəffaf mexanizmlər üzərində işləməliyik”.

Müsahibimiz qeyd edib ki, nəzirlərin xərcləndiyi yerlər barədə geniş məlumat verilmədiyi üçün insanlar özlərindən müəyyən fikirlər yürüdürlər:

"O baxımdan aylıq davamlı hesabların təqdim olunması və ictimaiyyətin məlumatlandırılması ümumi işin xeyrinə ola bilər. Eyni zamanda bu, insanlarda bir sıra hallarda yaranmış təsəvvürlərin də aradan qalxmasına təkan verər”.


Oxunub: 296






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim