reklam
USD
0 ℃
EUR
BAKI

Leyla Əliyeva: Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin

REPORTAJ / 16.10.2021 01:16

Leyla Əliyeva: Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin


Oktyabrın 14-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin "Azərbaycan” pavilyonunda SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun xatirə gecəsi və onun əsərlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

"carciTV" xəbər verir ki, tədbir çərçivəsində Raya Abbasovanın müasir dövrün görkəmli sənətkarının həyat və fəaliyyətindən bəhs edən "Dialoq” kitabının təqdimatı keçirilib. Böyük sənətkarın nəvəsi Kayxan Salahov tərəfindən hazırlanmış "Sonsuzluq” adlı videoinstalyasiya da qonaqlara təqdim edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib:

-Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin "Azərbaycan” pavilyonunda keçirilir. Doğma Bakı kimi Moskva şəhəri də Tahir Teymur oğlu üçün çox əziz idi. Tahir Salahov öz yaradıcılığı ilə bütün dünyanı fəth etdiyinə baxmayaraq, onun həyatının əsas hadisələri məhz Rusiyada və Azərbaycanda baş verib. Onun nadir yaradıcılıq üslubu və xarakteri məhz burada formalaşıb. İncəsənət dünyanı gözəlləşdirir. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun dünyasını – harmoniya və xoş duyğularla dolu nurlu dünyanı görürük. Biz xoşbəxtik ki, bu heyrətamiz insanla bir dövrdə yaşamışıq, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq. Onun sənətini fərqləndirən məhz sevgidir – Vətənə, təbiətə, insanlara sevgi. Tahir Salahovun qəhrəmanları onun müasirləri, neftçilər, yazıçılar, bəstəkarlardır. O, obrazlar yaratmır, insanlar yaradırdı. Ona görə də onun əsərlərinə baxanda inanırıq və hiss edirik ki, bunlar canlı əsərlərdir, həyatın özü kimi canlıdır.
Bu gün bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Tahir Salahovun ailəsinə, Zelfira İsmayılovna, sizə bizi dəstəklədiyinizə görə, bu tədbirin hazırlanmasında iştirak etmiş, ona qəlbinin bir hissəsini qoymuş insanların hamısına təşəkkür etmək istəyirəm. Arzum budur ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmaqda davam etsin, gənc istedadlara yol açsın.
Sizin hamınıza xoşbəxtlik, cansağlığı arzu edirəm, ən xoş diləklərimi bildirirəm. Sağ olun.

X X X

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, Heydər Əliyev Fondu və onun Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün Tahir Salahov kimi çox iş görür.
Polad Bülbüloğlu deyib: "Unudulmaz rəssam, unudulmaz insan, möhtəşəm filosof. Görünür, həyatda mənim çox bəxtim gətirib ki, 1960-cı illərin əvvəlindən başlayaraq biz ünsiyyətdə olmuşuq, çoxsaylı səfərlərdə olmuşuq, sovet dövründə, 1968-ci ildə Meksika kimi unikal ölkədə 20 gün bir yerdə olmuşuq. Bu, unudulmaz günlər idi. Həmin günlər həmişəlik yaddaşımızda qalıb. Bu gün görkəmli rəssamın aramızda olmamasını təsəvvür etmək çətindir. Lakin onun əsərləri var. Allaha şükür, biz elə bir dövrdə yaşayırıq ki, video, foto, kino var. Bir insan, şəxsiyyət kimi onun xatirəsi həmişə bizimlə olacaq. Deyirlər insanı xatırlayırlarsa, deməli o yaşayır. Onu isə çox adam xatırlayır. Onun əsərləri əsasında Azərbaycan haqqında, Rusiya haqqında fikirlər yürüdəcəklər”.
Dövlət Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova Tahir Salahov ilə yaxından tanış olduğunu söyləyib. O deyib: "Ona bir insan kimi hədsiz hörmət edirdim və bir rəssam kimi onun qarşısında baş əyirdim. Mən Tretyakov qalereyasına gələndə uzun illər boyu düşündüyüm və arzuladığım bir işi görməyə nail oldum. Bu, Tretyakov qalereyasında Tahir Teymuroviçin əsərlərinin parlaq retrospektivi idi. 2016-cı ildə Tahir Salahovun Tretyakov qalereyasında ilk sərgisi açıldı. Tahir Salahov böyük rəssam olmaqla bərabər, həm də qeyri-adi zahiri və daxili gözəlliyə malik, inanılmaz dərəcədə müdrik və eyni zamanda, çox təvazökar və nəzakətli adam idi”.
Z.Trequlova vurğulayıb ki, Tahir Salahov qeyri-adi sənətkar idi. Onun yaradıcılığında milli motivlər Moskvada görkəmli müəllimlərindən öyrəndikləri ilə uzlaşırdı. O, kifayət qədər erkən yaşlarında xarici ölkələrə səfər etməyə başlayıb, o dövrün dünya incəsənətini görüb.
Tahir Salahovun nəvəsi rəssam Kayxan Salahov böyük ustada həsr edilmiş "Sonsuzluq” adlı videoinstalyasiyanı təqdim edib. K.Salahov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu iş gənc nəslin diqqətini Tahir Salahov yaradıcılığına cəlb etməlidir.
Tədbir iştirakçılarının diqqətinə təqdim edilmiş, "Dialoq” kitabının müəllifi Raya Abbasova söhbətində bildirdi ki, Tahir Salahov ilə onun tanışlığı çoxdan başlamışdı. R.Abbasova dedi: "2000-ci illərin əvvəlində mən ondan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Teymuroviçin 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim. Tahir Teymuroviç haqqında kitab yaratmaq ideyasına görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya hədsiz minnətdaram”.
Sərginin ekspozisiyasında rəssamın şəxsi arxivlərdə saxlanılan işləri, ailə albomundan fotoşəkillər təqdim olunub.
Tədbirdə Azərbaycanın və Rusiyanın görkəmli mədəniyyət xadimləri iştirak ediblər.


Oxunub: 248






SON XƏBƏRLƏR

2025-02-21

19:45 Bəxtiyar Vahabzadənin adına metro stansiyası açılacaq? - TƏKLİF

Product image

19:29 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Product image

19:23 Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq

Product image

19:19 Prezident İlham Əliyev Artur Rasi-zadəyə “Heydər Əliyev” ordenini təqdim edib

Product image

18:29 Xankəndi tikiş fabrikində qısa müddətdə 50 minə yaxın idman köynəyi istehsal olunub

Product image

2025-02-19

03:47 Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri: Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq

Product image

03:40 Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub VİDEO

Product image

03:31 Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub VİDEO

Product image

03:24 Natalya Koçanova: Belarusla Azərbaycanın əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır

Product image

03:20 Baş nazir Əli Əsədov İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Product image

03:13 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq VİDEO

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim