reklam
USD
5 ℃
EUR
BAKI

Düşmənin təbiətimizə vurduğu yaraları da sağaldacağıq

MÜSAHİBƏ / 19.10.2021 00:23

Düşmənin təbiətimizə vurduğu yaraları da sağaldacağıq


   Prezident İlham Əliyev: "Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib”

    Erməni faşistləri Azərbaycan  torpağında 30 il ərzində  insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerləyeksan etməklə kifayətlənməyiblər. İşğal etdikləri ərazilərdə eyni zamanda amansızcasına ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini  ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.Ağac əkmək, bağ salmaq nə qədər xeyirxah işdirsə, onları məhv etmək yüzqat çirkin əməldir. İşğalçılar  da məhz öz  bəd niyyətlərini  həyata keçirərək  meşələrdə, həyətlərdə ağacları yox ediblər. Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən  mənfur düşmənin  meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla, həyasızcasına soxulub 30 il yaşadıqları evlərə, meyvəsini dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi.
    Prezident İlham Əliyev bu məsələni öz çıxışlarında, xarici jurnalistlərə müsahibələrində   dönə-dönə vurğulayıb. Hələ keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən  dövlət başçısı  Laçın rayonunda  22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar,  Zəngilan və Qubadlı rayonlarında 12 min hektar  meşə sahələri,  işğaldan azad edilmiş  digər  ərazilərdə də bu cür  böyük  sərvətimiz  olduğunu nəzərə  çatdırıb. Meşələrin planetimizin ağciyəri  olduğunu   qeyd edərək  deyib: "Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır”.  
    Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdır. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır.
    İşğal dövründə erməni vandalları  eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq cadar-cadar olmuşdur. Prezident İlham Əliyev bu  il sentyabrın 23-də  BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində  videoformatda çıxış edərkən demişdir: "Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası "Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.
    Erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.
    Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu.
    BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki çıxışında Prezident İlham Əliyev bir daha  nəzərə çatdırmışdır ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib: "Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib... Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”.
     Erməni faşistlərinin  dağıtdığı  şəhər və kəndlərimizi  yenidən qurmaqla bərabər,  onların təbiətimizə vurduğu "yara”ları da sağaldacağıq. Meşələri bərpa edəcək, yeni bağlar salacaq, çaylarımızın suyundan bəhrələnəcəyik. Bu, Prezidentimizlə  xalqımızın  qətiyyəti, məramı, məqsədidir  və başlanmış  böyük işlər uğurla davam edir.

Rüstəm KOÇAYEV,
3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat  Birliyinin rəisi


Oxunub: 275






SON XƏBƏRLƏR

2025-01-12

01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)

Product image

00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Product image

00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq

Product image

23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Product image

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim