reklam
USD
26 ℃
EUR
BAKI

Mətbuat katibləri sahəsi üzrə MÜTƏXƏSSİS olmalıdırmı? – “Televiziyalardan gətirilənlər...”

REPORTAJ / 20.10.2021 13:06

Mətbuat katibləri sahəsi üzrə MÜTƏXƏSSİS olmalıdırmı?

 – "Televiziyalardan gətirilənlər...” 


İctimai nəzarəti həyata keçirən əsas vasitə mediadır. Media nümayəndələrinin işi isə ölkədə baş verən ictimai-siyasi hadisələr barədə məlumatlar yayınlamaq, problemli məsələləri işıqlandırmaq, insanların şikayətlərini gün üzünə çıxarmaqdır. Gündəlik məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edən jurnalistlərin işi heç də asan deyil.

Bu yolda onlara informasiya dəstəyi verməli olan mətbuat katiblərinin fəaliyyəti isə qənaətbəxş deyil.

Mənbə rolunun oynanılmasında xüsusi çəkisi olan və informasiya vermək öhdəliyini daşıyan mətbuat xidmətlərinin hamısından məlumat almaq müşkül məsələdir. Bəzi mətbuat katibləri  jurnalistin sualını operativ şəkildə cavablandırmaqdan yayınaraq, həftələr, bəzən aylarla ünvanlanan sorğulara cavabı gecikdirirlər, bəziləri özünü mətbuat xidmətinin üzvü deyil məmur kimi aparır, günlərlə onları tapmaq mümkün olmur, bəziləri isə aidiyyatı vəzifəli şəxslə əlaqələndirmək əvəzinə baş çıxarmadıqları məsələlərdən danışıb, əsas sualdan yayınırlar.
 
Faciə isə odur ki, media cameəsindən çıxıb mətbuat katibi işləyən həmkarlarımız jurnalistlər çətin aşılan baryerə çevrilirlər. 

Qeyd edək ki, son vaxtlar əksər dövlət qurumlarının mətbuat katibliyi vəzifəsinə telekanallarda çalışan jurnalistlər təyin olunur. Təhlillər göstərir ki, əksəriyyəti çalışdıqları qurumun sahəsini nə yetərincə bilirlər, nə də fəaliyyətlərini düzgün istiqamətdə qururlar. Bu isə ictimai nəzarətdə əsas rol sahibi olan jurnalistlərin, eləcə də cəmiyyətin işini çətinləşdirir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan BDU-nun jurnalistika fakültəsinin professoru, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, qurumlara televiziyalardan gətirilən mətbuat katiblərinin işi uzun zaman effektli olmayacaq:

Azərbaycanda koronavirusdan 14 jurnalist vəfat edib


"Son vaxtlar telekanallardan mətbuat katibliyi vəzifəsinə gedənlər çoxdur. Onlar da bu işə həvəslə gedirlər. Çünki əməkhaqqı yüksəkdir və müəyyən güzəştlər alırlar. Amma onların qurumlarda mətbuat katibliyini reallaşdırması heç də onların televiziyadakı niyyətlərinin həyata keçirilməsi deyil. Müəyyən qədər tanınan adamdı, gəlir və həmin müəssisədəki av-havanı öz üzərinə götürür, ora tabe olur. Bir növ onların qabına girdiyi üçün o ölçüləri özündə ifadə edir. Şəxsən mən hansısa televiziya işçisinin hansısa qurumda mətbuat katibi olmasını həmin təşkilat üçün keçici uğur hesab edirəm.
 
Onların populyarlıq və jurnalistlik imici arxa plana keçir. Bir qədər sonra onlarla bağlı olan illüziyalar da səngiyir. Özləri də çox böyük illüziyalar qurmurlar”. 

Qulu Məhərrəmlinin sözlərinə görə biz mətbuat katiblərindən çox şey gözləməli deyilik. Onların əsas funksiyaları yuxarıdan verilən konstruksiyaları reallaşdırmaqdır:

"Yəni mətbuat katibini ona görə təyin etmirlər ki, jurnalistlərin bütün sorğularına cavab versin. Ona görə təyin edirlər ki, şirkəti həm də mətbuatın tənqidlərindən qorusun. Reallıqda belədir”. 

Mətbuat katiblərinin təmsil etdikləri qurumun sahəsi üzrə mütəxəssis olmasına gəlincə, Qulu Məhərrəmli bunu vacib sayıb:
 
"Mətbuat katibinin verilən sualın cavabını və sahəni bilməyi çox vacibdir. Məsələn, son illərdə Xarici İşlər Nazirliyindəki üzdə olan mətbuat katiblərinin davranışı və şəxsiyyətləri buna nümunədir.

Mətbuat katibi o sahənin incəliklərini, problemlərini bilməsə, lazım olan informasiyanı tam dolğunluğu ilə çatdıra bilməyəcək. İstər iqtisadi fəaliyyətlə məşğul olan, istər biznes, humanitar və yaxud digər sahələrin mütəxəsssinin olması çox önəmlidir. Vaxtilə jurnalist işləyib, indi mətbuat katibidirsə, bunun da zərəri yoxdur. Yetər ki, çalışdığı nazirliyin və ya qurumun iş özəlliyini, spesifik xüsusiyyətlərini öyrənsin, bilsin və bütün suallara cavab verməyə hazır olsun. Bunlar olmasa özünü gülünc vəziyyətə sala bilər. Bütün hallarda qurumlara mətbuat katibi o prinsiplə götürülür ki, o, mətbuatı yaxşı tanıyır və şəxsi əlaqələri var”. 

"carciTV"



Oxunub: 304






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim