reklam
USD
27 ℃
EUR
BAKI

Azərbaycan əsgəri azad olunan torpaqlarımızda qürurla xidmət aparır

RƏSMİ / 25.11.2021 11:46

Azərbaycan əsgəri azad olunan torpaqlarımızda qürurla xidmət aparır


"carciTV" xəbər verir ki, Müdafiə Nazirliyi işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar Kəlbəcərə mediatur təşkil edib. Mediaturda iştirak edən AZƏRTAC-ın müxbiri təəssüratlarını qələmə alıb, azad olunan torpaqlarda çəkilişlər aparıb. Müxbirimizin təəssüratlarını təqdim edirik.

Yolboyu mürəkkəb təbii relyefə malik Kəlbəcərin mənzərəsini seyr etdikcə, ötən əsrin 90-cı illərindən bəri bu məkanda baş verən hadisələri öz-özlüyümdə film kimi canlandırmağa çalışırdım. Ötən günləri xatırlayır, kəlbəcərlilərin uzun illər çəkdiyi Vətən həsrətinin ağrısını bir daha yada salırdım.
Murov dağının ən böyük zirvələrindən olan Ömər aşırımında noyabr ayının soyuğu məni bu xəyallardan ayırdı. 3260 metr hündürlüyə malik Ömər aşırımı Birinci və İkinci Qarabağ döyüşlərinə şahidlik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra - noyabrın 25-də Kəlbəcər rayonunun ərazisinə məhz bu yolla, Ömər aşırımından keçərək daxil olub. Özü də qansız-qadasız...
Zod aşırımı. 2365 metr yüksəklikdə olan Zod aşırımı Göyçə mahalı ilə Kəlbəcər rayonunu birləşdirir. Buradakı qızıl yataqları uzun illər düşmən tərəfindən istismar edilib. 27 illik işğaldan sonra Zod aşırımındakı sərhəd ərazimiz Silahlı Qüvvələrimiz tərəfindən mühafizə olunur.
Səfər çərçivəsində burada hərbi qulluqçularımızın xidməti şəraiti ilə tanış olduq. Qalib Azərbaycan əsgəri kimi apardığı xidmətdən qürur duyduğunu söyləyən Təbriz Əhmədli, digər silah yoldaşları kimi, özünün də 44 günlük Vətən müharibəsində iştirak etdiyini vurğuladı. Bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin döyüşlərin ilk günlərindən göstərdiyi qətiyyət, xalqın yumruq tək birləşməsi bu müqəddəs savaşda onlara böyük mənəvi dəstək verib. "Ermənilər öz mənfur niyyətlərindən əl çəkməyərək daim təxribata əl atırlar. Amma bilməlidirlər ki, Vətən müharibəsində olduğu kimi, dəmir yumruq hər zaman başlarına endirilə bilər”, - deyə o əlavə etdi.
Əsgərlərimizin döyüş mövqeyi yüksəklikdə yerləşsə də, şəxsi heyətin maddi-texniki təminatı yüksək səviyyədədir. Buradakı hərbi qulluqçular konservləşdirilmiş və təbii ərzaq məhsulları ilə təmin olunublar.
Ərazidə hava şaxtalı və soyuq olmasına baxmayaraq, yeni qurulan modul tipli əsgər yataqxanaları isti və rahatdır. Əsgərlərimizin dayanıqlı su və işıqla təmin olunması üçün çənlər və generatorlar da quraşdırılıb.
Kəlbəcər rayonunda yeni dislokasiya olunmuş hərbi hissə ilə tanışlıq da bizdə xoş təəssürat yaratdı. Hərbi hissədə geniş əsgər yataqxanaları, yataq ləvazimatları, mətbəx avadanlıqları var.
Gizir Sadiq Həmidzadə ilə söhbət zamanı bildirdi ki, Vətən müharibəsində Zəngilan və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edib. Həmsöhbətimiz əlavə etdi ki, üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq ordumuz heç bir itki vermədən Ağdam və Laçın rayonlarında olduğu kimi, Kəlbəcərə də qansız-qadasız daxil olub. O, işğaldan azad edilən Kəlbəcərdə xidmət keçməsi ilə qürur duyduğunu söylədi.
Leytenant Mirhəşim Seyidli isə sentyabrın 27-də erməni təxribatına əks-həmlə əməliyyatında iştirak etdiyini bildirdi. Müzəffər Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimizin erməni ordusunu 44 gündə darmadağın etdiyini vurğulayan Mirhəşim Seyidli dedi ki, qarşı tərəf yeni təxribatlarla öz sonuna gətirəcək.
Qeyd edək ki, ötən bir ildə işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Kəlbəcərdə də sürətli bərpa-yenidənqurma işləri aparılır. Ermənilərin viran qoyduğu torpaqlarımıza həyat qayıdır. Hərbi qulluqçularımız da azad edilən ərazilərimizi əzmlə, fədakarlıqla qoruyur, şərəflə xidmət edirlər.


Oxunub: 476






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim