reklam
USD
9 ℃
EUR
BAKI

Dövlət Sərhəd Xidmətinin hərbi Helikopterin qəza səbəbi rəsmən açıqlandı

XƏBƏR / 01.12.2021 01:09

Qəzaya uğrayan helikopter 24 nəfərlik olub


Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərin ifadəsi alınıb.

"carciTV" Trend-ə istinadən bildirir ki, hərbi ekspert Ədalət Verdiyevin dediyinə görə, qəzaya uğrayan Mİ17 model helikopetərlə kifayət qədər etibarlı vasitələrdir. Bu helikopetərlər Vətən müharibəsində kifayət qədər özlərini sübut ediblər.

"Bu qəzalar elədir ki, bundan heç kim sığortalanmayıb. Burda müxtəlif təsir edici amillər ola bilər. Qəzaya səbəb texnikanın nazsazlığı, insan faktoru ola bilər. İstənilən halda isə rəsmi açıqlamanı gözləmək vacibdir".

Ekspert bildirib ki, sosial şəbəkələrdə faktlar olmadan doğru olmayan məlumatların yazılması, paylaşılması düzgün deyil. Helikopetərin qaraqutusu tapılıb.

"Yaxşı olara ki, araşdırmaların nəticəsini gözləyək. Sağ qalan pilotların ifadəsi alınıb, qaraqutu oxunduqdan sonra hadisənin əsl səbəbləri üzə çıxacaq. Təbi ki, günahı olan varsa, cəzalanacaq", - deyə ekspert qeyd edib.

Ə.Verdiyev vurğulayıb ki, helikopter 24 nəfəri daşıya bilir, orda da cəmi 16 nəfər olub, bu da normativlərin aşılmasına yol verilməyib. Bu helikopter 24 nəfərlik oturaq yerinə malikdir, bu helikopterlə 4 tondan çox yük daşımaq mümkündür.

"Görüntülərə fikir versək, helikopterin vurulma ehtimalı da mümkün deyil, çünki helikoter yanıb yerə düşməyib. Əgər səmada vurulmuş olsaydı, paraçalar daha geniş əraziyə dağılacaqdı.

Qonşu ölkələrdə də bu tipli qəzalar baş verib, İranda, Rusiyada bu tipli qəzalar baş verib. Azərbaycanda ilk dəfədir ki, təlimlərdə belə bir qəza baş verib", - deyə ekspert vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib ki, helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz.

"İlkin məlumatlar haqqında onu demək istəyirəm ki, pilot polkovnik Fizuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilotumuz idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb.

Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir", - deyə E.Quliyev qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə jurnalistlərə açıqlamasında vətəndaşlara müraciət edərək bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.

"Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək", - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Helikopterin qəza səbəbi rəsmən açıqlandı


Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenantın durumu necədir?


Xəbər verdiyimiz kimi, bugün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.

"carciTV" xəbər verir ki, yaralılar hazırda Dövlət Sərhəd Xidməti Hospitalında müalicə alırlar.

Yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərovun qohumlarının verdiyi məlumata görə, qəza nəticəsində onun sol qolu sınıb və digər xırda xəsarətləri var.

Hazırda vəziyyəti stabildir.



Oxunub: 337






SON XƏBƏRLƏR

2025-01-04

01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

Product image

2024-12-30

02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb

Product image

02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib

Product image

01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO

Product image

01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO

Product image

2024-12-28

14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Product image

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim