reklam
USD
17 ℃
EUR
BAKI

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!

CANLI TV / 02.12.2021 00:35

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib



Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.

"carciTV" xəbər verir ki, vida mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat idarəsinin rəisi general-mayor Faiq Məmmədov çıxış edərək şəhidlərin ailələrinə bir daha başsağlığı verib. Bildirilib ki, qəza nəticəsində həlak olan hərbi qulluqçular daim nümunəvi xidmətləri ilə seçiliblər. Onların əksəriyyəti Vətən müharibəsi zamanı böyük fədakarlıqlar göstəriblər. Azərbaycan xalqı qəhrəman oğullarının xatirəsini daim yaşadacaq.

DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların daim nümunəvi xidmətləri ilə seçildiklərini bildirib. Ən böyük təsəllinin onların şəhidlik zirvəsinə ucalmaları olduğunu deyən İ.Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, o cümlədən helikopter qəzası nəticəsində şəhid olan hərbçilərin Vətən müharibəsində qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiklərini vurğulayıb. Xidmət rəisinin müavini onların şərəfli xidmət yolunun və vətənpərvərliyinin hər bir gənc üçün nümunə olduğunu, xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib: "Əlbəttə, valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladlarına çevriliblər. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən layiqincə gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər, siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısınız”.

Şəhid kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlunun şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirib, şəhidlərimizin xatirəsinin daim yaşayacağını deyib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopter qəzasında hərbi qulluqçularımızın həlak olmasının ölkə ictimaiyyətini dərindən sarsıtdığını bildirib. Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların Vətən müharibəsinin iştirakçıları olduqlarını deyən Xidmət rəisi onların qəhrəmanlıqlarının, şərəfli xidmət yolunun daim yaşayacağını vurğulayaraq qeyd edib: "Biz silahdaşlarımızı itirmişik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq övladlarının başını uca etdilər. Vətən sağ olsun. Şəhid zabitlərimizin, əməkdaşlarımızın valideynlərinə, yaxınlarına, əzizlərinə, bacı-qardaşlarına, övladlarına Dövlət Sərhəd Xidmətinin bütün rəhbər heyəti və rəhbərliyi adından başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan vətəndaşı, sərhədçisi şəhidlərimizin xatirəsini daim qəlblərində yaşadacaq. Onların Vətənə xidmətdə göstərdikləri qəhrəmanlıqlar yaşadılaraq, gələcək nəsillərə çatdırılacaq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm”.

General-polkovnik Elçin Quliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verərək, vətənpərvər oğullar böyütdükləri üçün onlara minnətdarlıq edib, səbir diləyib.

Vida mərasimindən sonra şəhid hərbi qulluqçuların cənazələri son mənzilə yola salınmaq üçün İkinci Şəhidlər xiyabanına aparılıb.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.


Oxunub: 281






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim