reklam
USD
7 ℃
EUR
BAKI

Gömrük Komitəsinin vəzifəli şəxslərinə cinayət işi açıldı

REPORTAJ / 11.01.2022 02:47

Gömrük Komitəsinin vəzifəli şəxslərinə cinayət işi açıldı


Şəxsi maraqları naminə gömrük prosedurlarının pozulmasına yol verən vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsi yanında "Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə komitədən daxil olmuş material əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran vətəndaşları tərəfindən gətirilməklə Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Oxunub: 356






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim