Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər
RƏSMİ / 20.01.2022 22:27
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
"carciTV" xəbər
verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad
etdilər.
Prezident İlham
Əliyev "Əbədi məşəl” abidəsi önünə əklil qoydu.
Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi.
X X X
1990-cı ilin 20
Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də
qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar
hadisələrini belə səciyyələndirirdi. Ümummilli Lider böyük uzaqgörənliklə
deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan
xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik.
Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının
həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.
Həmin faciəli
günlərdən artıq 32 il keçir. Ulu Öndərimizin dediyi kimi, 20 Yanvarın
tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. 1990-cı il yanvarın 20-də
Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi.
Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz
fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə
yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu,
20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.
Qanlı 20 Yanvar
faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi
ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü -
yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət
verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və
ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən yol verilmiş kobud siyasi
səhv olduğunu bəyan etdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı
verdi və mətbuat konfransı keçirib başda Qorbaçov olmaqla Bakıdakı terror
aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların
dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət
adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası
siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş
siyasi əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali
Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul
edildi. Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar faciəsinə ilk
siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini
özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların
heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
Yalnız Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra
20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il
yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi:
"Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür
ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu öndər Heydər
Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü
il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı
Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq
tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20
Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya
Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq
üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət
kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər
xiyabanında "Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn
Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan
şəxslərin sosial müdafiəsi gücləndirildi.
Bu siyasəti davam
etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim
diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri
yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına
mənzillə təmin edilib.
Bu gün ulu öndər
Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik
həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni
reallıq yaratdı. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı
dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri
həyata keçirilir.
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim