Cavid Qurbanov İlham Əliyevə məktub yazdı
CANLI TV / 03.02.2022 16:32
Cavid Qurbanov İlham Əliyevə məktub yazdı
Uzun illər
Kəlbəcər rayonundan deputat olmuş Cavid Qurbanov Prezident İlham Əliyevə məktub
yazıb:
"carciTV” həmin məktubu təqdim edir:
Möhtərəm
cənab Prezident!
2020-ci il
sentyabrın 27-də düşmən təxribatlarına cavab kimi başlayan və Sizin
sərkərdəliyinizlə, tarixi zəfərlə bitən Vətən müharibəsindən sonra bölgədə yeni
reallıqlar yaranmış, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan
müstəqil, qüdrətli Azərbaycan dövləti daha da güclənmiş, regionda söz sahibinə
çevrilmişdir. 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi tarixi zəfərdən
sonra keçən dövr ərzində də xalqımız Sizin sayənizdə tarixi anların, günlərin
şahidi olmaqdadır. Sizin rəhbərliyinizlə Qarabağda başlayan misilsiz bərpa və
quruculuq işləri bu gün hər bir azərbaycanlının qəlbini fərəh və qürur hissi
ilə doldurur. Vətən müharibəsindəki parlaq qələbəmizin ardınca Sizin
rəhbərliyinizlə qazandığımız diplomatik qələbələr, azad edilmiş ərazilərdə
keçirilən tədbirlər ölkəmizin qüdrətini bir daha sübut etdi. Tarixi "Şuşa
Bəyannaməsi”nin, "Bakı Bəyannaməsi”nin imzalanması, minalanmış ərazilərin
xəritələrinin bir hissəsinin alınması, Sizin mədəniyyət paytaxtımız elan
etdiyiniz Şuşa şəhərində "Xarıbülbül” musiqi festivalının keçirilməsi
xalqımızın qələbə sevincini daha da artırdı.
Möhtərəm
Prezident, Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın
işğaldan azad edilmiş ərazilərə birgə səfərləriniz zamanı verdiyiniz mesajlar
xalqımızın sabaha olan inamını günbəgün möhkəmləndirir, bizi daha böyük
qələbələrə və uğurlara səsləyir.
Bu günlərdə
Sizin Mehriban xanımla Kəlbəcər və Laçın rayonlarına etdiyiniz tarixi səfəriniz,
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin və
Laçın Beynəlxalq Hava Limanının təməlini qoymağınız, Kəlbəcər şəhərində Sizin
Dövlət bayrağımızı ucaltmağınız, məşhur "İstisu” sanatoriyasına getməyiniz,
İstisu-Minkənd yolunun çəkilməsi işləri ilə tanış olmağınız həmin bölgənin
insanlarında özlərinin dədə-baba yurdlarına dönəcəkləri günün, 30 illik Vətən
həsrətinə əbədilik son qoyulacağı anların lap yaxında olduğu müjdəsini verir.
Möhtərəm
Prezident, bu gün Azərbaycanın qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyev
siyasətinin nəticəsidir və ilk növbədə Sizin, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Xalqımız hər zaman
Sizə güvənmiş və arxalanmışdır. Müzəffər Ali Baş Komandan kimi Sizin
rəhbərliyinizlə aparılan və şanlı qələbə ilə başa çatan Qarabağ zəfərimiz
xalqımızın Sizə olan inamının və etimadının növbəti təntənəsidir.
Bütün
bunlara görə Sizə Türk dünyasına üç böyük söz sənətkarı bəxş etmiş Miskin
Abdal, Ağdabanlı şair Qurban və Dədə Şəmşir nəslinin, həmçinin 88 yaşlı
ağsaqqal atamın, 83 yaşlı ağbirçək anamın, bu nəslin torpaqlarımızın azadlığı
uğrunda qurban verdiyi on üç şəhidin, o cümlədən yaxın qohumum olan iki Milli
Qəhrəmanın ailələri və Kəlbəcər ziyalıları adından dərin hörmət, ehtiram, sevgi
və məhəbbətimi bildirirəm. Sizin adınız Kəlbəcər torpağına qədəm qoyan yenilməz
sərkərdə kimi hər zaman Kəlbəcərin uca zirvələri ilə qoşa çəkiləcəkdir.
İllərdən bəri əlçatmaz xəyal kimi görünən arzumuzu gerçəyə çevirdiyiniz üçün
bir daha Sizə minnətdaram.
Allah Sizi,
dövlətimizi, xalqımızı, ailənizi qorusun. Uca Tanrı
daim Sizə yar olsun.
Dərin hörmət və ehtiramla,
Cavid Qurbanov,
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri,
Kəlbəcər
sakini
Oxunub: 209
08.06.2026
13:12 Bahar Muradova: "Uşaqları qoruya bilməyən platforma uyğun mühit deyil"
13:11 Bakının mərkəzi küşələrindən birində genişmiqyaslı layihənin icrasına başlanılır - FOTO
12:55 SON DƏQİQƏ! Milli Məclis yeni qərar qəbul etdi:12 ay sonra qüvvəyə minəcək
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
12:36 Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ
12:29 Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu
12:19 Nazir müavini: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb"
12:15 İsrail İrana qarşı genişmiqyaslı hücumları yekunlaşdırdı? - AÇIQLAMA
11:45 Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
11:12 Altıağac-Xızı yolunda TƏHLÜKƏ: "Yol tamamilə dağılıb" - VİDEO
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:49 Ceyhun Bayramov İstanbula səfər edib
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
İDMAN
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim