Prezident İlham Əliyev yenidən qurulan 330 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib
RƏSMİ / 10.02.2022 01:31
Prezident İlham Əliyev yenidən qurulan 330 kilovoltluq "Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
"carciTV" xəbər verir
ki, "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən
işlər barədə məlumat verdi.
Rusiya-Azərbaycan enerji sistemlərini
əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan
"Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə
tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün
dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar
nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi
tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə,
sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi
ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal
qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli
mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi
saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
"Sumqayıt”, "Qobu”, "Xaçmaz” elektrik stansiyaları
ilə birbaşa, "Azərbaycan” İstilik Elektrik Stansiyası və "Cənub” Elektrik
Stansiyası ilə isə "Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən
çox mühüm strateji funksiyanı üzərinə götürən "Yaşma” qovşaq yarımstansiyasının
"Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan "Xızı-Abşeron” Külək
Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni "Yaşma” Elektrik
Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni
yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji
təchizatında müstəsna əhəmiyyət kəsb edən "Yaşma” yarımstansiyasında 330, 220
və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada
yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator
quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750
meqavata çatdırılıb. "Qobu” Elektrik Stansiyasından "Yaşma” yarımstansiyasına
47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.
Prezident İlham Əliyev yarımstansiyanı işə
saldı.
Məlumat verildi ki, enerji sistemində ilk
dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron
yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor
quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq
elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək,
xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və
bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və
maliyyə vəsaitinə qənaət etmiş olacaq.
Yarımstansiyanın ərazisində yeni idarəetmə
mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli
mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA
sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun
olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi,
tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında
aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə
avtomatik həyata keçirilir.
Bakı-Quba magistral yolundan
yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr
məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.
Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq "Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.
Oxunub: 224
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim