Prezident İlham Əliyev yeni təyin etdiyi rayon icra hakimiyyəti başçılarını videoformatda qəbul edib
CANLI TV / 19.02.2022 21:34
Prezident İlham
Əliyev yeni təyin etdiyi rayon icra hakimiyyəti başçılarını videoformatda qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı
şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı
şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir
Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar
"carciTV" xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib.
Prezident İlham
Əliyevin
çıxışı
-Bu gün siz icra başçıları vəzifəsinə
təyin edilirsiniz. Bakı şəhərinin Nizami, Nərimanov və Kürdəmir rayonlarına
rəhbərlik edəcəksiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu
etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və
ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz.
İlk növbədə, rayonlarda vəziyyət dərindən
təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər
ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş
islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul edilmiş birinci
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna
oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə
doğru dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla
bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin
yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni,
bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları
tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda
olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o
demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında
hələ də problemlər var və bu problemlər həll olunmalıdır.
Bölgələrə gəldikdə, bölgələrdə canlanma və
inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər
aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı
şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən
gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli
sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün
problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl
şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab
vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində
atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm
bölgələrdə ön planda olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız,
onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün
məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki
hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən
bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin
edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim
vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə
məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına
göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların
maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı.
Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub,
artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam
edir.
Bu, təkcə icra hakimiyyəti başçılarına aid
deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun
qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət
onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar
cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük
imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz
addımlarınızı da bu istiqamətdə atmalısınız.
Kadr sahəsində kadrların düzgün seçilməsi
böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların
seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır,
dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə
alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə
aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət
məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda,
qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar,
əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə
alınmalıdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş
övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür
- Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib
ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi
nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən
qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır
olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin
təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları
gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr
məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti,
vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır.
Son vaxtlar özəl sektorun inkişafı
nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk
günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun
nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl
sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik. Ancaq indiki
şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük
vəzifələr düşür. Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir
verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq
dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün
bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi
həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış
infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar
atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya
qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox,
əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi
siyasətimizin istiqamətlərini nəzərə almalıdır.
Bir sözlə, baxmayaraq ki, biz böyük
uğurlara nail olmuşuq, ölkə qarşısında problemlər kifayət qədər çoxdur və
yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki
dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda, qanunvericilik
orqanımız - Milli Məclis qanunlar qəbul edir. Prezident sərəncamlar imzalayır,
dövlət proqramları qəbul edilir. Hökumət gündəlik fəaliyyətdə islahatların
dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür.
Bundan əlavə, bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə
resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən
asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə
ehtiyacımız yoxdur. Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət borcumuz
ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi
17 faizini təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə
endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv
olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı
və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit
almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər
düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq.
Kürdəmir rayonunun kəndlərində mövcud olan
problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir,
insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək
olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının
bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun.
Yerlərdə həlli mümkün olmayan
problemlərin, - elə problemlər təbii ki, var, - həlli üçün siz mərkəzi icra
orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll
etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən
də sizin işinizdən razı olacağam.
Bir daha demək istəyirəm ki, sizə böyük
etimad göstərilir. Bu təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir
daha görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar
diləyirəm.
X X X
Coşqun Cəbrayılov: Möhtərəm cənab
Prezident, mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin
minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu böyük
etimadı doğrultmaq üçün var gücümlə çalışacağam.
Elgin Həbibullayev: Möhtərəm cənab
Prezident, mən də göstərdiyiniz bu böyük etimada görə dərin minnətdarlığımı
bildirirəm. Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm də çox
böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün vəzifələri icra etmək,
böyük etimadınızı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm.
Elxan İbrahimov: Möhtərəm cənab
Prezident, göstərdiyiniz bu böyük etimada görə Sizə dərin minnətdarlığımı
bildirirəm. İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə prinsipləri
üzərində qurmaqla bu etimadı doğrultmağa çalışacağam.
Prezident İlham Əliyev: Sağ olun.
2025-01-12
01:22 ÇƏRPƏLƏNG (HEKAYƏ)
00:18 Prezident İlham Əliyev Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
00:13 Azərbaycanda iki yeni milli park yaradılacaq
23:33 Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO
2025-01-04
01:15 Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
2024-12-30
02:11 Milli Məclisin 2024-cü il payız sessiyası başa çatıb
02:06 Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım edib
01:48 Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib VİDEO
01:40 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB VİDEO
2024-12-28
14:02 Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
2024-12-20
00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim