reklam
USD
9 ℃
EUR
BAKI

"Dəmir yumruq" kitabı - Azərbaycanın 200 illik tarixi

NƏŞR / 20.02.2022 14:13

"Dəmir yumruq" kitabı -  
Azərbaycanın 200 illik tarixi

"Dəmir yumruq” kitabı dünyanın pərstiş etdiyi şəxsiyyət, Vətənimizi erməni vandalizmindən xilas edən dahi rəhbər və dövlətimizin nüfuzunu beynəlxalq aləmdə yüksəklərə qaldıran, Azərbaycanın yeni tarixini yazan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi xalqa sevdirən cəhətlərindən və diplomatik, siyasi fəaliyyətindən bəhs olunur.

ÖN SÖZ

Ömrünü Vətənə, Xalqa həsr edən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan dövlətinə və xalqına xidməti haqqında yazmaq, belə bir məsuliyyəti üzərinə götürən hər bir kəsdən yüksək müşahidəçilik qabiliyyəti və faktları obyektiv təhlil edə bilmək məharəti tələb edir. Rahib Kərimlinin və Turxan Mahmudovun belə bir aktual mövzuya müraciət etməsi, özlərinin də qeyd etdiyi kimi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi sevə-sevə sevdirmək arzusundan irəli gəlib.

Müəlliflərin "Dəmir yumruq” kitabında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbədən danışılır, onun tarixi-siyasi əhəmiyyəti şərh olunur. Əsərdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinin təhlilinə xüsusi yer verilir, dövlət başçısının 2003-2020-ci illərdə apardığı ordu quruculuğu prosesinin mahiyyəti açılır, Azərbaycanı zəfərə çatdıran yolun siyasi, sosial-iqtisadi, diplomatik yönümləri araşdırılır, "Dəmir yumruq” əməliyyatının gedişi və nəticələri öz əksini tapır.

"Dəmir yumruq” kitabını vərəqlədikcə belə bir təəssürat və qənaətimizi təsdiq edirik ki, biz hər gün, hər an Prezidentimizin qüksək vətəndaşlıq məktəbini keçirik. Azərbaycan Prezidentinin şərəfli həyat yolu, siyasi-ictimai fəaliyyəti xalqın dili ilə sonsuz sevgi duyğularıyla əsərdə öz əksini tapıb.

Dahi rəhbəri bənzərsiz siyasətçi kimi səciyyələndirən başlıca xüsusiyyətlər – şəraitə, zamana uyğunlaşma, müstəqillik hissi, qətiyyət, daxili mədəniyyət, ensiklopedik bilik, müdriklik, natiqlik məharəti, səfərbərlik bacarığı, cəsarət, vətənpərvərlik, humanizmdir. Bütün bu keyfiyyətlər isə kitabda konkret və real faktlarla tədqiq edilib.

Müəlliflərin oxuculara təqdim etdiyi "Dəmir yumruq” kitabı dövlət başçısının 2003-2020-ci illərdə apardığı siyasətin mahiyyətini geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq məqsədi daşıyır. Kitabda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer verilir, problemin aradan qaldırılması üçün Prezident İlham Əliyevin apardığı siyasət şərh olunur və ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, milli maraqlarının təmin olunması sahəsində Prezidentin xarici siyasət kursunun ölkəmizə beynəlxalq aləmdə etibarlı tərəfdaşlar qazandırdığı göstərilir.

Əsərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik keyfiyyətlərinin ölkəmizin inkişafında rolu təhlil olunur və ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatı və hərbi sənaye kompleksinin inkişafı konkret faktlarla göstərilir. Müəlliflər Azərbaycanın müasir texnologiyalara əsaslanan mükəmməl təlim görmüş modern ordusunun yaradıldığını, 2020-ci ilin iyul ayında cəbhənin Tovuz istiqamətində Ermənistan Azərbaycana qarşı hərbi təxribata əl atarkən cənab İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək, zabit və əsgərlərimizin şücaətini bütün dünyaya göstərdiyini vurğulayır. Kitabın hər məqaləsində ermənilərin müxtəlif dövrlərdə torpaqlarımıza təcavüzü və 44 gün davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi qələbənin tarixi-siyasi faktlarla şərh olunur. Azərbaycanı zəfərə aparan yolun siyasi, sosial-iqtisadi, diplomatik tərəfləri yüksək peşəkarlıqla işıqlandırılır. Azərbaycan Ordusunun güclü maddi-texniki bazaya malik olması, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığı və vətənpərvərlik əhvali-ruhiyyəsi, xalq-ordu birliyi Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynadığı diqqətə çatdırılır. O cümlədən Azərbaycan xalqı müasir tələblərə tam cavab verən, istənilən döqüş tapşırığını yerinə yetirməqə qadir olan Silahlı Qüvvələri ilə fəxr edə bilər.

"Dəmir yumruq” kitabında Vətən müharibəsinin nəticələrinin Azərbaycanın geosiyasi vəziyyətinə, dünya birliyində tutduğu mövqeyinə təsiri təhlil olunur. Əsərdə vurğulanır ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ermənilərin tarixən özləri haqqında yaratdığı miflərin mənasızlığını döyüşlərdə sübut etdi və 44 günlük hərbi əməliyyatlar zamanı XXI əsrin yeni müharibə nümunəsini göstərən, ən yeni silahlarını nümayiş etdirən Ali Baş Komandan İlham Əliyev ordusu əyani şəkildə, döyüş meydanında hamıya göstərdi. Kitabda bildirilir ki, Azərbaycan Prezidenti müharibə dövründə "hücum diplomatiyası” ilə beynəlxalq qurum və təşkilatlarda, ayrı-ayrı ölkələrdə ermənilərin şər-böhtan kampaniyasına qarşı mübarizəni gücləndirdi. Azərbaycan – Türkiyə qardaşlığı bu sahədə mühüm rol oynadı...

Kitabda yenidən müstəqillik əldə etdiyi vaxtdan hazırkı dövrədək Azərbaycanda gedən ictimai-siyasi, sosial-iqtisadi proseslər müxtəlif mərhələlər üzrə müqayisəli şəkildə təhlil olunur. Müasir Azərbaycan dövlətinin davamlı inkişafının Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətlə sıx şəkildə bağlı olduğu tarixi hadisələr və faktlarla izah edilir. Kitabın əhəmiyyətini artıran xüsusiyyətlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin siyasi-ideoloji baxımdan müfəssəl və səlis şəkildə ictimai fikrə çatdırılmasıdır.

"Dəmir yumruq” kitabında verilmiş məqalələr həm iki yüz illik tarix ərzində erməni-müsəlman davalarının, həm 44 günlük Vətən müharibəsinin, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Böyük Qələbəyə aparan siyasətinin salnaməsidir. Bu məqalələrdə ulularımızın hayqırtısı, əsgərlərimizin şücaəti, Vətən sevgisi, ruhu vardır.

"Dəmir yumruq” kitabının müəllifləri Rahib Kərimli və Turxan Mahmudov ulu öndər Heydər Əliyevin şanlı irsinin, mükəmməl dövlətçilik kursunun yorulmaz təşviqatçısı, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin cahanşümul fəaliyyətinin ən mükəmməl araşdırmaçılarındandır. Gələcək nəsillər müəlliflərin Azərbaycanın 200 illik tarixi ilə bağlı dəyərli araşdırmaları ilə yaxından tanış olacaq, milli ruhda qürurlu şəxsiyyət kimi formalaşacaqlar.

İnanırıq ki, "Dəmir yumruq” əsəri özünün siyasi-ideoloji məzmununa və ədəbi-bədii dəyərinə görə, böyük oxucu marağına səbəb olacaq. Kitabı Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətinə və xalqına xidmətləri haqqında qısa ensiklopedik məlumat hesab etmək olar və onun çapı Azərbaycanın Zəfər Tarixinə layiqli töhfədir.

Nadir MƏMMƏDLİ,

AMEA Dilçilik İnstitutunun direktoru,

Filologiya elmləri doktoru, professor




Oxunub: 789






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim