Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər
RƏSMİ / 26.02.2022 18:00
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü
keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə
iştirak ediblər
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin
30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib.
"carciTV" xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi
əraziyə gəldilər.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə
qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri
Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev abidənin
önünə gül dəstələri qoydular.
Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları,
nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları
iştirak ediblər.
Ümumxalq yürüşünün iştirakçıları abidənin önünə tər güllər düzdülər.
X X X
Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının
xatirəsini ehtiramla yad edir. Qeyd edək ki, Xocalı soyqırımının anım günü
Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Artıq ikinci ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini
alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı
soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi:
"Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını
aldıq, onların qanları yerdə qalmadı”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili
Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi
potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh
yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik
həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi
bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı
işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda,
Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir
daha 30 il əvvələ qayıdır, o amansız soyqırımını, onun günahsız qurbanlarının
xatirəsini yenidən yad edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları
hesabına mifik "böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl
şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə
siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların
havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin
ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və
amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət
birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya
nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz
havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə
amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov
götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63
nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz
nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq
isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi
qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz
işgəncələr verilib.
Xocalı soyqırımına qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı
kütləvi qırğınlar törətmişdilər. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və
Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli
kəndində 50 nəfər öldürülmüş, onlarla insan yaralanmış və əsir götürülmüşdü.
1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və Xankəndidəki
366-cı motoatıcı alayın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın
nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub, 104 nəfər və müdafiə
dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə Qaradağlı 1988-1992-ci
illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun
başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı
da deyirlər.
Əhalisi 7 min nəfər olan Xocalı isə Qarabağda ən böyük yaşayış
məntəqələrindən biri idi. Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ
silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən
Xocalıya 1990-cı ildə şəhər statusu verilmişdi.
Münaqişənin əvvəlindən - 1991-ci ilin oktyabrından Xocalı mühasirəyə
alınmışdı. Şəhərə aparan bütün avtomobil yolları bağlanmışdı, yeganə nəqliyyat
vasitəsi yalnız vertolyot idi. Xocalıya sonuncu vertolyot isə 1992-ci il
yanvarın 28-də enmişdi. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 nəfər
azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın
2-dən Xocalıya elektrik enerjisinin verilməsi dayandırılmışdı. Şəhər sakinləri
ancaq öz fədakarlıqları və qəhrəmanlıqları sayəsində dayanır, müqavimət
göstərir və yaşayırdılar. Şəhər çox az sayda avtomat və ov tüfəngləri ilə
silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun
kiçik heyətli döyüşçüləri tərəfindən müdafiə olunurdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri
tərəfindən mühasirəyə alındı və hər gün topların, ağır texnikanın atəşinə,
erməni dəstələrinin həmlələrinə məruz qaldı. Şəhərə amansız hücuma hazırlıq
fevralın 25-də axşam sovet ordusunun 366-cı alayının hərbi texnikasının döyüş
mövqelərinə çıxması ilə başladı. Xocalıya hücum tanklardan və zenit toplardan
açılan 2 saatlıq atəşdən sonra həyata keçirildi. Şəhərə 5 istiqamətdən hücum
edildiyinə görə, əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalmışdı.
Amma tezliklə aydın oldu ki, bu da məkrli hiylə imiş. Erməni silahlı dəstələri
Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısını kəsdi və onları gülləbarana
tutdu. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu məhz
Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirildi.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi
qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir.
Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 1948-ci
il 9 dekabr tarixli 260 nömrəli Qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"
ilə müəyyən edilib. Xocalı soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət
kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibi İkinci
Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların
nizamnaməsində ifadə olunub, sonradan həmin cinayət tərkibi Yuqoslaviya və
Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət
Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər
Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis
"Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il
martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə
Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm
günü" elan olunub. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də
"Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi
haqqında" növbəti Fərman imzalayıb. "Azərbaycanlıların soyqırımı haqqında”
1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında
ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə
Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv
edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident
İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli
soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri
var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin
nəticəsidir ki, dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq
Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi
tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!"
kampaniyasının məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında
məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə
və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Təəssüf doğuran məqamlardan biri isə Xocalıda hərbi əməliyyatlara rəhbərlik
edənlərin hələ də cinayət məsuliyyətinə cəlb olunmamasıdır. Britaniyalı
jurnalist Tomas de Valın "Qarabağ – Qara bağ" kitabında əksini tapan
bəzi faktlar, o cümlədən azərbaycanlıların qırğınında iştirak edən Ermənistanın
eks-prezidenti Serj Sarkisyanın söylədikləri deyilənləri bir daha təsdiq edir.
"Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki
əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmağa nail olduq”, - deyən
Sarkisyan "biz bu barədə bərkdən danışmamağı üstün tuturuq” əlavə edib. Bu
faktlar bir daha ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur
siyasətin, kin-küdurətin davam etdiyini, Xocalıda baş verənlərin əvvəlcədən
planlaşdırılmış soyqırımı siyasətinin mühüm tərkib hissəsi olduğunu
təsdiqləyir.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü.
Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların
işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin
niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an
şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala
qəhrəmanlıqla son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib:
"Ermənilərin fikri özlərinə getməsin. Onlar, bəlkə də öz tarixi vətənini unuda
bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün
qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş
bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar
ki, doğma torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə
əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini
tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid
oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən
iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın
tarixinə parlaq Qələbə yazdılar. Haqq-ədalət bərpa olundu.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim