reklam
USD
3 ℃
EUR
BAKI

Ordumuz ermənilərin mövqelərini DARMADAĞIN ETDİ, SÜLHMƏRAMLILAR...

CANLI TV / 13.03.2022 01:34

Rəsmi Bakı Qarabağda mövcud vəziyyətlə bağlı hərbi və siyasi açıqlama verdi:


- Xarici işlər nazirinin müavini Xələf Xələfov "qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək”, "sülhməramlıların nəzarətində olan ərazilərdəki ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycana inteqrasiya etməlidir”, "sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər” deyir;

- Müdafiə Nazirliyi Xocalı, Xocavənd və Ağdam istiqamətində ermənilərin qanunsuz dəstə üzvlərinin döyüş mövqelərinin hədəfə alındığını açıqlayır;

Rəsmi açıqlamalar Qarabağda prosesin başladığını deməyə əsas verir: buna "təmizləmə”, yaxud "məcburetmə” də deyə bilərik;


Bakının cari dövr üçün iki taktiki hədəfi var:

- Hərbi müstəvidə atəş nöqtələri olan erməni terrorçuların postlarının sıradan çıxarılması;
- Siyasi müstəvidə 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icra edilməsi;

Strateji hədəf XİN rəsmisinin də dediyi kimi, sülhməramlıların nəzarət etdiyi ərazidəki erməni vətəndaşların inteqrasiya edilməsi, separatçıların təmizlənməsidir. Erməni vətəndaşların inteqrasiyası üçün iki yol var: ya normal şəkildə, öz istəkləri ilə bunu etməlidirlər, ya da buna məcbur olmalıdırlar;

Ermənilərin belə istəkləri görünmür, yaxud separatçı rejimin mövcudluğu bu istəklərin gündəmə gəlməsinə imkan vermir. Bu baxımdan, həyat şəraitinin çətinləşməsi erməniləri köçmək, yaxud inteqrasiya ilə razılaşmaq seçimi ilə üzə-üzə qoya bilər.

Təbii qazın qəza nəticəsində kəsilməsindən sonra bu vəziyyətin yaranmasının işartıları görünür:

- Qaz təczihatı olmadığı üçün elektrik enerjisindən istifadə artıb və yüklənmələr nəticəsində elektrik enerjisinin verilməsində də fasilələr yaranır;
- Separatçı-terrorçu rejim problemləri həll edə bilmir və mütəmadi olaraq etdikləri çağırışlar da çətin vəziyyətə düşdüklərini göstərir;
- İndiyə qədər separatçı rejimin və erməni əhalisinin "bel bağladığı” sülhməramlıların prosesə müdaxilə edə bilməməsi, yaxud etməməsi ciddi təşvişin yaranmasına səbəb olub;

"Sülhməramlı qoruyucular”ın heç nə edə bilməməsi ermənilərin seçimini – ya köçmək, ya inteqrasiya etmək – sürətləndirə bilər. Təbii ki, inteqrasiya prosesi asan olmayacaq, lakin Ukraynadakı müharibə fonunda yeni imkanların yarandığı da aydın görünür.

Bu kontekstdə Ukraynadan gələn xəbərlər də diqqət çəkir. Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün verdiyi açıqlamada bildirir ki, "böyük itkilər verən Rusiya ehtiyat qüvvələr toplayır, Abxaziya və Qarabağdan sülhməramlıları çıxarırlar”.

Bunu müharibədə Ukrayna tərəfinin informasiya gedişi də hesab etmək olar, lakin sülhməramlılarla bağlı son günlər yayılan xəbərlər fonunda Aretoviçin açıqlaması təsadüfə bənzəmir. Mümkündür ki, Qarabağdakı sülhməramlıların bir qismi köçürülsün. İndiyə qədər Qarabağda bütün məsələlərə dərhal müdaxilə edən sülhməramlıların son proseslərdə səssizliyi də diqqətdən yayınmır.



Oxunub: 312






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim